Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Məşhur teleapaerıcı Umka efirə qayıdır

3 ildən çoxdur televiziyadan uzaq düşən teleaaparıcı Umka Hacıyeva yenidən aparıcığıla başlayır. Simsar.az -a açıqlama verən U.Hacıyeva bu qərarı vermək üçün xeyli düşündüyünü bildirib: "3 ildir ki, sevərək çalışdığım sahədən kənarlaşmışdım. Hər kəsdən uzaq olmaq istəyirdim. Bu illər ərzində bütün sosial şəbəkələrdən də yox olmuşdum. Bütün vaxtımı təhsilimə yönəltmişdim. Ali məktəbimi bitirdim. Diplomumu uğurla müdafiə etdim. İngilis dilimi demək olar ki, mükəmməlləşdirmişəm. Televiziyaya qayıtmağım isə dostumun məsləhəti ilə oldu. Əvvəl razılaşmadım. Sakit həyata alışmışam. Televiziya elə sahədir ki, orada sakitçilik yoxdur. Bilən də, bilməyən də haqqında nə gəldi danışır. Elə şaiyələr uydururlar ki, Hollivud ssenaristləri belə mat qalar. Amma dostum saqqızımı oğurlamağı bacardı və mən razılıq verdim. Tezliklə layihəm haqda geniş məlumat verəcəyəm".

Qeyd edək ki, Umka Hacıyeva ANS telekanalında bir neçə veriliş aparmaqla yanaşı, bir sıra seriallarda da aktrisalıq edib.






21 Noyabr, 2016  13:40 Baxılıb: 2270 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner