Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DAK gəncləri 22 May hadisələrinin ildönümünü qeyd etdi

Dünya Azərbaycanlılarının vətəndə təhsil alması üçün güzəştlərin tətbiqi ilə bağlı işçi qrup yaradıldı

Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı “Atatürk Mərkəzi”də “Güney Azərbaycanda 22 May hadisələrinin ildönümü” adlı tədbir keçirib. 2006-cı il İran adlı ölkədə Azərbaycan türklərinin rəsmi qəzetdə təhqir olunmasına etiraz əlaməti olaraq başlayan milli hərəkat Güney Azərbaycan milli hərəkatında dərin izlər buraxmışdır. Həmin milli hərakatın ildönümünü qeyd etmək məqsədilə ictimai-siyasi xadimlərin, gənclərin iştirakı ilə keçirilmiş tədbirdə İran adlı ölkədə hazırki durum da müzakirə müstəvisinə qaldırılmışdır.

Tədbiri açıq elan edən DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli 2006-cı il 22 may tarixində Güney Azərtbaycanda baş qaldırmış hərəkatın təsadüfi olmadığını, bunun illərdən bəri hazırlandığını diqqətə çatdırdı. “Azərbaycan bölünəndən onun birləşdirilməsi uğrunda mücadilə gedib. Mücadilə nə qədər acı olsa da bu gün də davam edir. Amma qürurverici hal bütün Azərbaycan türklərinin dayaq nöqtəsi olan müstəqil Azərbaycan Respublikasının varlığıdır. Azərbaycan Respublikasının vətəndaşları olaraq güneyli soydaşlarımızın daim yanındayıq. Bu kimi tədbirlər onlara dəstək üçün təşkil olunur.”

Söz «İnkişafa Baxış» Araşdırmalar Mərkəzinin sədri, politoloq Niyaz Qaraöynəliyə verildi. O, daha çox regionda və ümumilikdə regiona dünya baxışında yanlışlıqların olduğunu bildirdi. “Türk varlığına qarşı baxışda həm Tehran, həm də də Qərb ölkələri eyni mövqedən çıxış edir. Azərbaycan türkləri tarixən bu haqsızlığın ağrı-acısnı yaşayıb. Öz etirazını bildirib. 22 may 2006-cı ildə İran adlı ölkədə baş qaldıran hərakat Güney Azərbaycan milli azadlıq hərakatının tərkib hissəsi idi. Bəlkə də fars rejimi hadisələrin belə məcrada istiqamətlənəcəyini hesablamamışdı. Amma “Xordat hadisələri” onu göstərdi ki, güneyli soydaşlar öz hüquqlarını çox gözəl bilirlər.”

Söz Ümid Partiyasının İdeoloji və Gənclər məsələləri üzrə sədr müavini, politoloq Taleh Əliyevə verildi. Məsələyə siyasi şərh verən Taleh Əliyev İran coğrafiyası məsələsinə də toxundu. “Bu gün İran adlı ölkə Səfəvi imperiyasının varisi hesab olunur. Bunu İran prezidentinin çıxışlarından aydın edə bilərik. Əhmədinejat çalışır ki, müsəlman ölkələrinin birliyi yaransın və bu birlik fars mədəniyyətini dünyaya təbliğ etsin. Amma bu kimi cəhdlər Güney Azərbaycan türklərinin əzmkarlığını heç də qıra bilməyəcək.”
Söz Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, araşdırmaçı Ənvər Börüsoya verildi. Molla hakimiyyətinin reallıqlarından danışan tədqiqatçı məsələyə Türk dünyası konteksindən toxundu. “Regionda türk varlığına qarşı bir savaş açılıb. Bu savaşda İran və ABŞ eyni mövqe sərgiləyirlər. Dünyada iki fərqli qütbdə dayanmış Çin və ABŞ da türk toplumuna qarşı planda yaxın dostdurlar. Bunun qarşılığında ilkin model kimi Azərtbaycan-Türkiyə-Türkmənistan dövlətlərinin mədəni-iqtisadi əməkdaşlığı Güney Azərbaycan hadislərinə öz müsbət təsirini göstərə bilər.”
Turan İnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkel isə vurğuladı ki, Güney Azərbaycandan Quzeyə gələn gənclərin güclü təhsil almasına, onlara tarixi həqiqətlərin çatdırılmasına çalışmaq lazımdır.

“Borçalı” Cəmiyyəti Gənclər Təşkilatının sədri Alı Adıgözəl də daha çox təhsil sahəsinə toxundu. “Güney Azərbaycan türkləri hər zaman bizim dəstəyimizi hiss etməlidirlər. Biz Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı həm Azərbaycan, həm də Gürcüstan dövlət orqanlarına layihə hazırlayıb təqdim etmişik. Gürcüstan iqtidarı artıq təhsil siyasətində müəyyən addımlar atıb. Eyni tipli layihəni Güney Azərbaycandan gələn soydaşlarımıza da təqdim etmək olar”
“Sayokan” döyüş növləri mərkəzinin prezidenti Vasif Namazlı da qaldırılan məsələyə dəstək verdi. Beləliklə müzakirə açıldı. Qeyd olundu ki, hətta düşmən ermənilərin belə öz dövlətlərində gəlib təhsil almasına geniş imkanlar yaradılıb. O da vurğulandı ki, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunan qərarlarda təhsil probleminə toxunulmuşdu. Dünyada yaşayan soydaşlarımızın vətəndə təhsil alması üçün 5 faizlik yer ayrılmağı qərarına gəlinmişdi. Amma sonradan icra olunmadı. Beləliklə qarşıda Dünya Azərbaycanlılarının III Qurultayının keçiriləcəyini nəzərə alan tədbir iştirakçıları problemin həlli ilə bağlı işçi qrupunun yaradılmasını təklif etdi və təklif hər kəs tərəfindən dəyərləndirildi.

İşçi qrupunun tərkibi:

-”İnkişafa Baxış” Araşdırmalar Mərkəzinin sədri, politoloq Niyaz Qaraöynəli
-Ümid Partiyasının sədr müavini, politoloq Taleh Əliyev
-Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, araşdırmaçı Ənvər Börüsoy
-Diaspor və Lobbi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Zaur-Əliyev
-Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri Seymur Həsənli
-“Borçalı” Cəmiyyəti Gənclər Təşkilatının sədri Alı Adıgözəl
-“Sayokan” döyüş növləri mərkəzinin prezidenti Vasif Namazlı
Qeyd olunan siyahı işçi qrupunun ilkin quruluşudur. Bir neçə ictimai xadimlər və təşkilat rəhbərləri də dəvət olunacaq. İyun ayından etibarən qrup öz fəaliyyətinə başlayacaq.

Sübhan HƏMİDLİ






21 May, 2011  18:24 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner