Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yevlaxda konfrans

“Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” 

Mayın 21-də Yevlax şəhərində İqtisadi İnkişaf Nazirliyi və Yevlax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda Konfrans keçirilmişdir. 
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Nurani son illər regionların sürətlə inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun artdığını bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Yevlaxda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Regionların mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları da əhəmiyyətli paya malikdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışdır. Bildirilmişdir ki, dövlət proqramlarının uğurlu icrasında, həmçinin ölkə iqtisadiyyatının inkişafında sahibkarların rolu xüsusilə əhəmiyyətlidir. Hazırda ÜDM-nin 80%-dən çoxu özəl sektorda yaradılır. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması isə Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olan qeyri-neft sektorunun dinamik inkişafını təmin edir. Belə ki, 2010-cu ildə qeyri-neft sektorunun real artım tempi ümumi artımı üstələyərək 7,9% təşkil etmiş, qeyri-neft ixracı 17,8% artmışdır. Qeyri-neft sektorunun dinamik inkişafı 2011-ci ildə də davam etmiş və bu ilin I rübündə qeyri-neft sektorunda 5,6% artım qeydə alınmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkə başçısının regionların inkişafına böyük önəm verdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Qeyd olunmuşdur ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır. Regionlarda rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, müasir infrastruktur yaradılır. 
Nazirliyin Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əhəmiyyətini qeyd etmiş və proqram barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs etmiş, yeni texnologiyaların tətbiqinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulamışdır.
Tədbirdə Aran iqtisadi rayonunda istehsalın modernləşdirilməsi və həcminin daha da artırılması məsələləri ilə bağlı müzakirələr aparılmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.






21 May, 2011  18:17 Baxılıb: 1357 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner