Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Samirə: "Elarizi ilk dəfə müğənni kimi konsertə mən aparmışam... Əlikram oxumağı məndən öyrənib... Manaf nəinki saçını rəngləyir..."- MÜSAHİBƏ

Bu günlərdə daha çox meyxanaçı kimi tanınan əslində isə müğənni olduğunu deyən Samirə Yusifqızı Simsar.az saytının qonağı olub. Onunla müsahibəni təqdim edirik.


-Hazırda hansı işlərlə məşğulsunuz?

-Analıq işləri ilə( gülür)

-Bir ara çox parladınız, intensiv fəaliyyət göstərdiniz. Meyxana sahəsində çox məşhurlaşdınız...

-Dəfələrlə demişəm ki, ali savadlı müğənniyəm. “Asəf Zeynallı”nı, Konservatoriyanı bitirmişəm. Xanəndəyəm.  38 ildir ki, efirdəyəm

- Bəs niyə sizi daha çox meyxanaçı kimi təqdim edirlər?

-Çünki meyxanaçı kimi daha çox sevdilər. Azərbaycanda 3 adamdan biri müğənnidir. Amma meyxanaçı qadın olmadığına görə biz bu sahədə partlayış etdik. Bu sahənin göyərçini olduq. Qəfildən əks-səda yaratdıq. Onu da deyim ki, meyxananı mən 1993-1994-cü ildən deyirəm.

-Necə kəşf etdiniz ki,  belə bir istedadınız var?

-Bakılı qızıyam, Maştağadanam. Maştağanın körpə uşağını da dindirsən meyxanadan xəbəri var. Meyxananın özəyi Maştağa kəndidir. Uşaqlıqdan mütaliə çox etmişəm. Çox gözəl yaddaşım var. Mən mahnıların sözünü, telefon nömrəsini yazmıram.  Bir dəfə qulaq asdımsa kifayət edir.  Uşaqlıqdan şeirlər, qəzəllər yazmışam. Ilk dəfə 1993—1994-cü ildə mərhum Ağasəlim Çıldaqla bir yerdə idik, onlar meyxana deyirdi mən də arxada oturmuşdum. Gördüm ki, mən də istiyirəm ona cavab verəm. Özümü saxlaya bilmədim, qoşuldum onlara. Ağasəlim dedi ki, “utanmırsınız , arvad sizdən tez cavab verir ”. Ondan sonra onlar da anladım ki, məndə belə bir istedad var. Sonradan çoxlu təkliflər gəldi. Çox böyük məbləğdə pul təklif etdilər, amma o vaxt meyxana üçün çağırılan məclislərə getmirdim.

-Niyə?

-Çünki Faiq Sücəddinovla işləyirdim, estrada mahnıları oxuyurdum. Yeni mahnılar hazırlayırdım.

-Sizə təklif edilən məclislərə getmədiyiniz üçün sonradan peşman oldunuz?

-Xeyr. Meyxana deməyimə görə peşmanam.

-Niyə? Meyxana folklor sənətimizidir. Eyni zamanda ilərlə mahnı oxusanızda 1 meyxana ilə populyarlaşdınız.

- Burada ayıb heçnə yoxdu . Sadəcə olaraq, meyxana mənim sənətimi, savadımı kölgədə qoydu. Düzdür hətta xanımlara da meyxananı sevdirdim.

-Dediniz ki, Faiq Sücəddinovla işləmisiniz. Hansı mahnılarını oxumusunuz?

-Faiq müəllimin silsilə formasında 7-8 mahnısını işləmişik. Oxuduğum mahnıların  bir çoxu Qızıl Fonddadır. Azərbaycan radiosunda mənim haqqımda veriliş gedir, mahnılarım səslənir.

-Bəs niyə o manhılara yeni nəfəs vermirsiniz? Bəlkə yeni nəfəslə, yeni Samirə kimi çıxasınız.

-Hansı efir mənə zəng edir deyir ki, verilişə mügənni kimi gəl mahnı oxu. Hamısı zəng edəndə deyir ki, gəl Mehman Əhmədli, Oktay və Ağamirzəylə meyxana de. 2009-cu ildə ilk “toylar kraliçası mən olmuşam. Mən o layihədə toyxana mahnıları yox sənət əsərləri oxuyurdum. Bu vaxta kimi ara mahnısı oxumamışam. Mən “Can cana”, “Gedək sənə gül dərim ,səni gülə dönərim” kimi mahnılar oxumuram. İndi isə əsl musiqi, sənət qəbul edilmir. Məni televiziya, radio tanıtmalıdır. Özəl radiolarda bir mahnım da səslənmir. Başa düşürəm, pul vermək lazımdır.  Mənim başqa müğənnilər kimi imkanım, sponsorum, “saxlayanım” yoxdur.  Mən tək özüməm və təkbaşına bütün ailə mənim çiynimin  üzərindədir. Qazancım xərclədiyimi ödəmir. Efirlərə gedirsən, biri deyir ki, sən ANS-in yetirməsisən, o biri də deyir gəl meyxana de. Amma Türkiyəyə çağırırlar.

-Bəs niyə getmirsiz?

-Oktaya görə gedə bilmirəm. Bizi bir yerdə dəvət edirlər. Bilirəm ki, Oktay tənbəldir. O iş görsəydi silsilə meyxanalar edərdik. Hamı bizim ikimizi bir yerdə qəbul edir, sevirlər.

 

-Toylara gedirsiniz?

-Bəli, amma çalışıram ki, meyxanaçı kimi getməyim. Bəzən toyda deyirlər ki, oxumağın daha gözəldir. Milətimiz sağ olsun çörək verir, yoxsa nə edərdik.

- Bu sənətə kimlərlə başlamısınız?

-Kimlərlə oxumamışam ki?...Əlikram Bayramov oxumağı məndən öyrənib. Kərim, Abbas Bağırov mənim yanınmda başlayıb oxumağa.  Nadir Bayramlı, Səyyad Əlizadə, ilə bir işləmişik.

-Harda işləmisiniz?

-Şadlıq evlərində. Elarizi ilk dəfə oxuyan kimi mən aparmışam konsertə. Gitara çalırdı,  onu ilk dəfə qadın kalonuna müğənni kimi mən apardım. Rəhmətlik Məmmədbağır Bağırzadə, Elçin Cəlilovla bir yerdə oxumuşuq.

-Kifayət qədər tanınmışların adlarını çəkdiniz. Onlar indi sizə nə yaxşı kömək etmirlər? -Sizlə duet oxumurlar?

-Bir zamanlar keçdi, indi sərf etmir.

-Yəni, necə sərf etmir ki?.

- Onlar daha cavan ,daha gözəl, cazibədar, tez qabağa gedən duet ortaqları axtarırlar. Onlara mən sərf etmərəm.

-Deyirlər, bu peşə çox nankordur

 

-Bəli. Bu sənət cavanlığı sevir. Baxın ,1997-ci il Manaf Ağayevin saçları ağappaqdır. (telefonunda şəkil göstərir)

-Deyirsiniz ki, indi rəngləyir saçlarını?

-Nəinki saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da. Nadir Bayramlının saçlarına baxın, necə ağdır. Bu xanım da  Xavər Yusifovadır,  indi mollalıq edir.

-Aydındır. Bəs bundan sonra nə etmək istəyirsiniz?

-.Hazırda iki- üç dənə mahnı var. Onların üzərində işləyirəm. Repertuarıma yeni nəfəs verməyə çalışacam.

-Nə vaxtdan başlayacaqsınız?

-Bir az pul olsun, toylar başlasın sonra.

Cəmilə Məmmədova

 

 






18 Noyabr, 2016  10:20 Baxılıb: 5221 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner