Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rəbiyyə Zərdabi: Təbrizli Zeynəb -FOTO

Təbriz, sənə solğun bənizli qız deyəməm

Dostlarımın dəvəti ilə Təbrizə getdim....Coxdan arzuladıgim,xəyalini qurdugum,Azərbaycan turklərinin ən cox yaşadigi qədim paytaxt Təbriz.
Azərbaycan Biləsuvarından kecib İran Biləsuvarından uzu Təbrizə maşinla yola duşduk.Biz orda olan gun İranda Təbiət gunu idi.Hər kəs ailəsi ilə təbiətin qoynunda istirahət edirdi.Yol boyu qismətimizdən cox insanlarla göruşduk.Və Mugandan secilmiş vəkil Xanım Zeynəb Hüşyar ilə də burda dostlaşdıq.Ailəsi və ovladları da yanlarında idi.Möhsün bəy bir Əliaga Vahid
heyranı cıxdı.Yaxşı da səsi var idi.Bir yerdə coxlu qəzəllər söylədik.Sonra Təbrizə yol aldıq....Mən həyatımda bu qədər kasıb kəndlər görməmişdim.İlahi...Fars rejimi Azərbaycan torpaqlarını nə gündə saxlayır.
İnkişaf demək olar ki yox dərəcəsindədir.Torpaqlar boş boşuna,istifadəsiz qalıb.Urəyim əsəbdən az qalirdı yerindən cıxa.....Uşaqlar məktəblərə kilometrlərlə yol gedirlər dedi sürücümüz.Amma bir hiss Təbrizə yaxinlaşdıqca məni sakitləşdirirdi.Şəhriyarın ev muzeyini görmək və orda cox vaxt kecirmək.Bu da Təbriz. Təbriz İran coğrafi ərazisinin ən böyük şəhərlərindən biri və tarixi paytaxtı.2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 1.398.060 nəfərdir. [1]. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda yerləşir.
Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır. Şəhərdə danışılan dil Azərbaycan dili dir.
Təbrizə daxil olan dəqiqədə ilk aglima gələn nə vaxtsa oxudugum ve yaddaşımda həkk olunan Ayişə adlı bir xanim şairənin şeri oldu

Təbriz, Təbriz,
Sənə solğun bənizli qız deyəməm,
Torpaqdan fışqırar şəhid qanları!
Göy çəkilər, yalın qalar al günəşin gözləri
Görməz,
sıyrılar dağları qılınç kimi göy üzünə.
Assam özümü bu hilalın qövsündən,
Dalğalansa saçlarım azadlq rüzgarında
Hər teli bir bayraq,
Bayraq- bayraq
Göz düşsə üfiqdəki yalnızlığıma

Qurd gözünün parıltısında
Əks edər səsim,
Səs salaram qurdun ağzına
Təbriz, riz iz iz iz iz iz…..
Insanin icinə işləyən bir hiss......Təbriz.Nə qədər dogma və əziz....Sanki ilərdir tanıdıgım bir yer.Baxmaqdan doymurdum.Yuksək səviyyədə bizi qarşılayan dostlarım.Bizim mehriban qonaqpərvər Təbrizlilər.Gecəni səhərə qədər yata bilmədim.
Dostlarımdan xahiş etdim ki icazə versinlər mən Təbrizi tək gəzim.Və gəzdim.Gözəl gəlinə bənzəyən şəhəri.Sanki Bakını gəzidim.Hec cəkinmədən.Təkbaşına.
Səhəri Dədəiz Şəhriyarın muzey komleksinə və ev muzeyinə getdim.Yanımda İctimai televiziyanın rejissoru Raminə xanım da vardı..Şəhriyarın məzarında 4 yaşlı Zeynəblə tanış oldum.
Burda nə gəzirsən dedim.,Şəhriyar babanı ziyarətə gəlmişəm dedi.Rəsmini cəkdim.
Sonra Şehriyarın ev muzeyinə gəldik.Bura da bir başqa hissler insanı valeh edir.Hə r şey oldugu kimi qalır.Hec nəyə əl vurulmayib.yataga qədər.Sadə bir heyat tərzi kecirdən bu mubariz insanın hovuzunun kənarında Raminə ilə bir saat oturduq.Qulaqlarımda da Şehriyarın :
Türkün dili tək Sevgili istekli dil olmaz
Özge dilə qatsan, bu əsil dil əsil olmaz şeri hey səslənirdi.
Təbrizdən səhərisi ayrıldım.Dogma yerlərdən,cox mehriban insanlardan....Sag ol Təbriz dedim.İnşallah tezliklə görüşərik..........Yol boyu Təbriz Ozanı Nevid Muşmirin səsini dinlədim
Təbriz üstu Maraga
Telini vur daraga
Kinin qargışın tutdu
Düşdüm yardan irəga.
Biz də səndən ayrı düsduk gozəl sevgilimiz Təbriz..........






21 May, 2011  16:45 Baxılıb: 2115 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ

28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38









14 Mart, 2022  13:47



11 Mart, 2022  17:32

11 Mart, 2022  14:09

11 Mart, 2022  10:45










1 Mart, 2022  11:28








sagbanner