Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nurinin 65 illiyi keçirildi

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin (1951-2012) 65 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib.Simsar.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhum sənətkarın sənət dostları və yaxınları iştirak ediblər.

Əvvəlcə iştirakçılar Yaşar Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olub: "Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb”.

Vurğulandı ki, Yaşar Nuri yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlarla, biri-birindən maraqlı bədii kompozisiyalar və satirik səhnəciklərdə də tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Onun rol aldığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz həkimi”, “Ac həriflər” və başqa televiziya tamaşaları bu gün də böyük maraqla baxılır. Buna görə də Yaşar Nuri əsl sənətkar kimi hər zaman xalqın yaddaşında əbədi yaşayacaq.

Ədalət Vəliyev sənətkar haqqında xatirələrini bölüşərək onu böyük aktyor olmaqla yanaşı, həm də əsl dost, qayğıkeş ailə başçısı kimi xarakterizə etdi.

Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət görkəmli aktyorun yaratdığı obrazlar qalereyasına nəzər saldı. Qeyd etdi ki, sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Onun işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman yad olunacaq.

Çıxışlarda Yaşar Nurinin zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verdiyi qeyd olundu. Vurğulandı ki, aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.

Xatirə gecəsində sənətkarın vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunub.






16 Noyabr, 2016  10:55 Baxılıb: 1492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner