Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ürək qüsurlu uşaqlara yardım

2 manat ver, aksiyaya qoşul

1 İyun “Uşaqların Beynəlxaq Müdafiəsi Günü” münasibətilə “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi, “Röyalar dünyası”nın təşkilatçılığı, “Trend” informasiya agentliyi, “Biz+” jurnalının informasiya dəstəyi ilə növbəti xeyriyyə aksiyasına start verəcək. İctimai Birlikdən verilən məlumata görə xeyriyyə aksiyası ürək qüsurlu uşaqlar üçün həyata keçirilir.
“Geniş ürəklər” adlı aksiya 31 May və 1,3,4 İyun tarixlərində Park Bulvar alış-veriş, istirahət və əyləncə mərkəzində keçiriləcək. Aksiyaya 31 May saat 17:00-da start veriləcək. Aksiya ərəfəsində Bakının ən böyük əyləncə mərkəzi olan Park Bulvarda uşaqlar üçün maraqlı fəaliyyət təşkil olunacaq. Park Bulvarda təyin olunan tarixlərdə uşaqlar üçün əsl əyləncə şousu keçiriləcək. Hər mərətəbədə müxtəlif oyunlar, maraqlı auksionlar olacaq. Klonların iştirakı, nağlı qəhərmanları ilə tanışlıq, uşaqların iştirakı ilə konsert proqramı həm balacaları, həm də böyüklərin təəccüb və marağına səbəb olacaq. Balacalar üçün müxtəlif rəsmlərin çəkilməsi və ya əvvəlcədən hazırlanmış naxışların rənglənməsi üçün şərait yaradılacaq. Bir sözlə “Geniş ürəklər” aksiyası uşaqlara rəngarəng həyat bəxş etmək üçün onları rənglər dünyası ilə başbaşa qoyacaq. Aksiyaya qoşulmaq istəyənlər cəmi 2 AZN ödəməklə bu imkandan yararlana biləcəklər. Aksiyanın sonunda toplanmış məbləğ isə ürək qüsurlu uşaqların əməliyyatına sərf olunacaq. Gəlin ürəyimizi geniş açaq, balaca balalarımızın da ürəyinin sağlam döyünməsi üçün əlimizdən gələni əsirgəməyək. “Geniş ürəklər” aksiyasına qoşulun ki, ürəyimiz onlarla bir döyünsün!






21 May, 2011  16:16 Baxılıb: 2645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner