Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xuraman Vəfa : “...və o “dostların” heç birini yanımda görmədim”...

“Vəfa” jurnalının təsisçisi və baş redaktoru, publisist-şairə Xuraman Vəfa ilə bu günlərdə görüşümüz oldu. Son illərdə ölümlə pəncələşən xanım şairə yaşadığı ağır günlərdən Simsar.az –a danışıb. Xuraman Vəfa ilə müsahibəni sizə təqdim edirik.


-Xuraman xanım,  bir aralar daha intensiv çalışırdız. Amma son zamanlar sanki fasilə yaranıb fəaliyyətinizdə...

-Bu xasiyyətimdir, həmişə şəxsi həyatımda olanları mətbuata, efirə, ictimaiyyətə çıxartmıram. Özəlləri  gizli saxlayıram. Amma indi soruşursuz deyim, son üç il ərzində 3 əməliyyat keçirdim. Xaricdə keçirtdiyim bu əməliyyatlar ölümə meydan oxuyurdular. O dərərcədə ağır əməliyyatlar idi.  Mən günlərlə yox, aylarla can çəkişmişəm, amma bu barədə heç kimə heç nə deməmişəm.

-Siz demədiniz, bəs axtaranlar da olmadı?

-Axtaranlar olub, demişəm yaxşıyam. Əməliyyatdan sonra da evə də imkan verməmişəm ki, gəlib məni yataqda , o vəziyyətdə görsünlər. Artıq özümü idarə etməyə başlayanda xəbər verdim ki , belə bir əməliyyat keçirtmişəm. Hətta status da  yazmışdım ki, “yeni sabah mərhaba , dərd, acı məni yenilə bilmədiniz, mən gəldim”. Bu status insanın həyatını, göstərən bir rəydir. İnanın ki, mənə bir nəfər də zəng edib soruşmadı ki, nə olub sizə?. Əməliyyata girən günü yazdım ki “allahım özümü sənə əmanət etdim”. Bu statusdan sonra rəfiqə dediyim insanlar soruşmadı ki, Xuramana nə olub? İnsanlar bu qədər laqeydmışlər... İnsanı gəlib bir dəfə ziyarət etmək üçün nə qədər bəhanələr gətirirlər. İnanın ki, mən heç kimdən nəsə gözləmirəm.  Bayaq dediz fasilə vermisiz. Xuraman Vəfa yaradıcılığına fasilə vermədi,  sadəcə, səhhətimdə yaranan problemlərdən dolayı keçirtdiyim əməliyyatlar məni yatağa məhkum etdi. Ölümlə çarpışdığım bir zamanda mənə sahib yataq çıxdı və o “dostların” heç birini yanımda görmədim. Onları artıq qəlbimdən silmişəm.  Doğmalarımdan, ailəmdən başqa,  mənim üçün heç kim önəmli deyil. Indi anlayıram ki, yıxılanda düşündülər ki, Xuraman bəlkə də dönmədi və dönmüş olsa belə, o böyük əməliyyatdan sonra bir daha cəmiyyətdə görünməyəcək, qalxa bilmiyəcək. Bəlkə də düşündülər Xuraman son günlərini yaşayır, ona görə də axtarmadılar. Amma Allah böyükdür...

-Xuraman Vəfa üçün dost kimdir ki?

-Xuraman Vəfa özünün yaşadığı pəncərədən dünyaya baxan insan deyil. Mənim baxış bucağım həmişə dünyanın mərkəzində qurulur və o mərkəzdən dünyanı, həyatı, insanları seyr edirəm. Onları öz düşüncələrimdə , baxışlarımda tanımağa, qavramağa çalışıram. Nəyin yanlış nəyin doğru olduğunu görürəm. Mənim nəzərimdə indiki zəmanədə dost yoxdur. Ətrafımdakı insanlar bu müsahibəni oxuyanda məndən inciyə bilərlər, amma olanı deyirəm, qoy incisinlər.

-Bayaqdan  mənəviyyat dolu danışırsız.  Ümumiyyətlə, sizin nəsil şairlər, yazışılar inanclı insanlar olduqlarını həmişə yaradıcılıqlarında da göstəriblər. Amma gənc həmkarlarınızın çoxu ateistdir...

-Gənc yazaraların içərisində inanclı insanlar az da olsa var.  O ki qaldı ateist düşüncəli yazarlara, onlar  Avropa düşkünləridir. Onlar oranın çeşməsindən su içən insanlardır. Bu gün islam dünyasına qarşı təxribatlar gedir. Onlar düşünürlər ki ateist düşüncəsi ilə  Avropaya yol tapacaqlar və onları buna görə irəli çəkəcəklər. Ancaq səhv yanaşmadır. İnsan hara gedirsə getsin, sonucda doğulduğu məkanda dəfn olunur. Onlar bilmirlər ki, dünyani xəlq edən bir Allah var və Onun işinə heç kim qarışa bilməz. Allah səni ucaldacaqsa, bunu ucqar kənddə də edəcək. Allah bizi yaradıb ona itaət etmək üçün. Bütün qanunlar “Quran” üzərində qurulub. Allahı danmaqla hardasa yaşıl işıq qazanacaqlarını düşünənlər yanlış yoldadırlar. Bu gün gənclərin əksəriyyətinin içərisində bir mənəmlik var. Hər kəs özünü düşünür, “biz”i duşünən yoxdur. “Gözlərini sevmişdim” kitabımda  “Allah” poemam var. Mən o poemanı yazmaq üşün  Qurani – Kərimi üç dəfə oxumuşam.

-Dindən kifayət qədər məlumatlı danışırsınız. Məlumatlı və bilgili olduğunuz dərhal hiss olunur..

-Mən Qurani – Kərimi oxuyandan sonra başa düşmüşəm nə qədər zəngin bir kitabdır. Hər kəlməsi bir dəryadır. Düşünürəm televiziyalarda mənəviyyat  və vətənpərvərlikdən bəhs edən verlişlərə daha çox yer verilməlidir. Təəssüf olsun ki, bu gün gənc təbəqənin çoxu şouya meyl edir. Soyunan, yerindən duran  gedir mahnı oxumağa.

-Son zamanlar cılız sözlərdən ibarət mahnılar da çox  yaranır. Bu nə ilə bağlıdır?

-Insanların psixologiyasını dəyişmək üçün onun estetik zövqünü dəyişmək lazımdır. Estetik zövq də onu əhatə edən insanlardan yaranır. Bu gün çoxunun estetik zövqü yoxdur. Estetik zövqü olan insanlar hər şeydə gözəllik, məna axtarırlar.  İndi müğənnilərin çoxu musiqi yazan olublar. O gün biri çıxıb efirə, qulağında sırğa , bilmirsən, kişidir, qadındır.  Kişi kişi kimi, qadın da qadın kimi efirə çıxmalıdır.  İndi azadlıqdır. senzura yoxdur, bu çox gözəldir. Amma məscidin qapısı açıq olanda nə olar ki... O gun bir xanım çıxıb efirə, başlayıb danışmağa, guya şairədir. Adama deyərlər axı sən heç bilirsən vurğu, heca nədir? Mahnıdakı sözləri şeir kimi köçürt, hələ bax gör nə yazmısan? Mən şeir yazanın əleyhinə deyiləm. Amma hər yazılanı ictimailəşdirmək günahdır. Çünki gənclərə pis örnəkdir. Dahi sənətkarlar həmişə bir yerdə yazıb yaradıblar. Bəzən, mən kanalı çevirməli oluram. Səs yox,  musiqi yox, qışqırır özü üçün nə başa düşəsən ondan?

-Müasirlərdən kimlərə qulaq asırsınız?

- Mətanət İsgəndərli, Nisə Qasımova, Mələkxanım Əyyubovanı daha , çox dinləyirəm.  Niyam Salaminin səsi xoşuma gəlir və son zamanlar Mətanət Əsədovayla mənim də mahnımı oxuyub.  Ikisini də dinləyirəm. Niyamın yanğılı səsi var. Bu gün Röya daha çox populyardır. Onun səs diapazonu aşağı olsa da səsində şirinlik, insanlara yaxınlıq var. Çox çalışqandır,  tez -tez repertuarını dəyişir. Qazandığı sevgini haqq edir.

-Hansı verilişlərə baxırsınız?

-ATV-də, Lider-də gözəl proqramlar var. Kanallarımızın hamısında seçmə proqramlar var, amma bəzən dava-dalaş, ağlaşma proqramlarına da rast gəlirsən. Belə proqramları sevmirəm, dəvət edəndə də getmirəm. Çünki özümü orada görmürəm. Bir də görürsən ki, canlı efirdə bir-birlərini təhqir edirlər. Unudurlar ki, onlara milyonlar baxır.

-Gəlin-qaynana münasibətini efirə çıxartmaq nə dərəcədə doğrudur?

-Gəlin - qaynana, ər-arvad, ana - oğul ,ümumiyyətlə ailə münasibətlərinin efirdə olmasına qarşıyam və qəbul da etmirəm.

-Bəs problemi olan insanlar hara müraciət etsinlər, əgər aidiyyatı qurumlar süründürməçilik edirlərsə?

-Məgər efirdə bu məsələ işıqlananda, milyonlar baxanda həll edilir ki? Niyə görə bu məsələlər efirə çıxmalıdır ? Bunun üçün cəmiyyətlər, hüquqşünaslar, millət vəkilləri var. Millət vəkilləri məmurlar vaxtında problemləri həll etsələr insanlar da belə vəziyyətlərə düşməzlər. Əgər hansısa rayonda problemli ailə varsa, əgər onun problemi televiziyaya qədər çıxırsa, günah yerli icra nümayəndələrində daha sonra da millət vəkillərindədir. Təbii ki, işləyən millət vəkillərimiz də var, məsələn Qənirə Paşayevanı bir millət vəkili kimi çox bəyənirəm. O xanım nəinki seçildiyi bölgənin, bütün xalqın, millətin vəkilidir. Öz seçiciləri ilə başqalarında fərq qoymur.  Onun kimi fəaliyyət göstərən bir neçə deputatımız var. Amma azdırlar.

-Xuraman xanım, söhbətimizin əvvəlinə qayıtmaq istəyirəm. Artıq yaxşısınız, efirlərə çıxırsınız. O “dostlar” var idi ki,  çətin anlarınızda sizi axtarmadılar, indi sizi görəndə yenə dəyişdilərmi?

-O insanlar yenə də ətrafımda cəmləşməyə çalışırlar, amma mən artıq arada böyük məsafə qoymuşam. O məsafəni heç vaxt götürməyəcəm. Mən onların hər günlərində yanlarında olmuşam... İndi onlar məni görəndə xəcalətdən gizlənirlər. “Bağışla”- deyib, gəlib öpüb qucaqlayırlar. Həm də yaradıcılımla məşğulam, belə şeylərə çox zaman ayırmıram. Bildiyiniz kimi  yeni kitab üzərində işləyirəm. Kitabımda vətənpərvərliklə , sevgiylə bağlı şeirlər cəmlənir. Ümumiyyətlə, vətənpərvər bir insanam. Vətən hissləri mənim üçün ən birincidir.

İradə Nurəddinqızı

Nihadə Eyyubova

 






11 Noyabr, 2016  19:45 Baxılıb: 3455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner