Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PORTRET - Yusif Vəliyev

Qeyri - adi səhnə danışığına malik, drammatik-psixoloji rolların mahir ifaçısı, Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933 - 1936 –cı illərdə Baki Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Aktyor,  eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Yəhudi dili bilməsə də sözləri əzbərləyərək bir neçə rol oynayıb. Təhsilini bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib. Bağlananadək, yəni 1949-cu ilədək orada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül sənətkarlarından biri olub. Yusif Vəliyev Teatr dram tamaşaları ilə yanaşı, opera və operettalar da oynayıb. Teatr bağlanandan sonra Bakıya gələn Yusif Vəliyev çox az müddətdə  Rus Dram Teatrında aktyorluq edib. Bundan sonra Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan aktyor ömrünün sonuna qədər sözügedən teatrda çalışıb. Bir-birindən fərqli, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil, dramatik, romantik, faciəvi, realist, satirik rollar ifa edən Y. Vəliyev filmlərdə daha çox epizodik rollar oynasa da çox maraqlı, yadda qalan xarakterlər yaradıb. O  "Zirvə"   "Nəsimi"  "Qatır Məmməd" , "Tütək səsi" "Arxadan vurulan zərbə"  "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" (Səfərəli) və sairə kinolarda çəkilib. Aktyor  24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.

“Nəsimi” filmindəki Teymurləng obrazina baxmaq kifayətdir ki, onun sənətkarlığından ağız dolusu danışasan. Rejissorun "Yusif yadından çıxartma biz "Nəsimi" filmi çəkirik "Topal Teymur" yox -deməsi elə bu aktyorun mükəmməl ifasından xəbər verir. Bəlkə də elə bir aktyor yoxdur ki, Topal Teymuru bu cür məharətlə yaradib, möhtəşəm şəkildə tamaşaçıya çatdırsın. Qəribə sifət cizgiləri, zəhmli baxışları, sərt danışığı  ilə filmdə əsl Teymurləng vahiməsi yaradan sənətkar Yusif Vəliyevin portretinə baxırıq.

Qayğıkeş Fəttah roluna girmiş “Qurd Cəbrayıl”-ı, “Qılınc Qurbanam mən”-deyib ədalət tərənnümçüsü olan Qurban dayı. Heç kəsin səsinə bənzəməyən səsi, özünəməxsus davranışı və tükənməz istedadı olub. Y. Vəliyevın. Aktyor kimi teatr və kinoda yaratdığı əvəzsiz rollardan savayı dublyaj sənətində də öz sözünü deyən sənətkarın çətinlik çəkdiyi yeganə iş mətni yadda yaxşı saxlamaması olub...

Y.Vəliyev dövrünün aparıcı aktyorlarından, həmkarları və eyni zamanda xalq arasında böyük hörmətə, nüfuza sahib olub. Onun kinostudiyanın baş direktoru, sayıliıb-seçilən sənətkar  Ədil İsgəndərovla soyuq münasibətindən isə gəncindən tutmuş yaşlısına qədər hamı xəbərdar imiş. İki nəhəng sənətkar şəxsi həyatda bir-birlərinə qarşı ədavətli olsalar da, işdə bu ədavəti bir kənara qoyublar həmişə. "Nəsimi" filmi çəkilərkən rejissor Həsən Seyidbəyli Teymurləng roluna A. İsgəndərovu çəkmək istəyib. O, isə bu rolun daha çox Y. Vəliyevə yaraşdığını bildirərək, “Teymurləng”-dən imtina edib. Beləliklə, Ə.İsgəndərovun təklifi və təkidi ilə Teymurləng roluna Y. Vəliyev çəkilib. Ə.İsgəndərovun çəkildiyi filmlərdə çox zaman onun obrazını səsləndirən də Y. Vəliyev olub. Elə “Axırıncı aşırım” filmində Ə. İsgəndərovun oynadığı, Y.Vəliyevin isə səsləndirdiyi Kərbəlayi İsmayıl obrazı buna əyani sübütdur. Deyilənə görə Ə.İsgəndərov bunu filmin rejissoru Kamil Rüstəmbəyovdan özü xahiş edib. "Mənim rolumu "O" aktyor səsləndirsin".

Aktrisa Zemfira Sadıqova aktyorun 3-cü həyat yoldaşı olub. Zemfira xanımı “Tütək səsi”, “Dəli Kür” filmlərindən daha yaxşı tanıyırıq. Onlar bir-birləri ilə 1965-ci ildə tanış olublar. Deyilənə görə o vaxt  teatrda elə bir qız olmayıb  ki, Y. Vəliyevə vurulmasın.  Zemfira xanım aktyoru sevsə də, 1967-ci ildə eşidir ki, onun birinci həyat yoldaşı sağdır. Ayrılmaq üçün İrəvan teatrına getməyi düşünür. Ancaq orada da çox qalmır, çünki Yusifin xahişi llə Şamil Mahmudbəyovun çəkdiyi “Torpaq, dəniz, od, səma” filminə dəvət alır. Filmə çəkilməyə gəlir, aktyor ona “Səni daha heç yerə buraxan deyiləm” deyir və onunla evlənir.  Cütlüyün Bahar adlı qızları dünyaya gəlir...

İş elə gətirir ki, Tofiq  Kazımov Y.Vəliyevi  Azərbaycan Milli  Dram Teatrına dəvət edir. Bu aktyorun çox ürəyincə olsa da getmir. Çünki Y.Vəliyev ora getsəydi çox aktyor işsiz qalacaqdı. Adətən gənclərlə yoldaşlıq edən sənətkar həm də onlardan öz köməyini əsirgəməyib. “Gənclərlə yoldaşlıq etdikcə, özüm də gəncləşirəm” –deyən Y.Vəliyev nümunə götürüləcək aktyorlardan olub. Ürək çatışmazlığından əziyyət çəkən aktyor  1980-ci ildə 62 yaşının tamam olmasına dörd gün qalmış vəfat edib.

Sevinc Vəliyeva ("Simsar" jurnalı)





11 Noyabr, 2016  17:36 Baxılıb: 3972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner