Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnşaat

Tikintidə yeni icazə qaydaları

Azərbaycanda tikintiyə icazə yeni qaydalarla veriləcək. Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bu barədə məsələ Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 85-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, tikintiyə icazə verilməsində yaşıllıqların mühafizəsi ilə bağlı yeni tələb müəyyən edilir. Belə ki, yeni tələbdə yaşıllıqların mühafizəsi məcburi xarakter daşıyır.

Yeni qaydaya əsasən, tikintiyə icazə alan zaman tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır və tikinti layihələrinin icrasında götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar da tikinti layihəsinə daxil edilməlidir.

Məcəllənin qüvvədə olan həmin maddəsində isə bu tələb nəzərdə tutulmur. Belə ki, həmin maddəyə əsasən, tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və yaşıllıqların mühafizəsi nəzərdə tutulduqda, həmin ağaclar, kollar və yaşıllıqlar tikinti işləri zamanı müvafiq tədbirlər vasitəsilə qorunmalıdır.

Dəyişiklik Milli Məclisin noyabrın 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 






9 Noyabr, 2016  10:51 Baxılıb: 6965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner