Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gürcüstan Teatrı Bakıda səfərdədir

Tədbirdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. 

Bakıda səfərdə olan Kote Marcanisvili adına Gürcüstan Akademik Dram Teatrının nümayəndələri bugün mətbuat konfransı keçirib. Tədbirdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. 

Akademik Dram Teatrının direktoru İsrafil İsrafilov bu il bir sıra teatrlarala əməkdaşlıq layihələrinin gerçəkləşəcəyinin bildirdi: “Ümid edirəm ki, Gürcüstan teatrları ilə bundan sonra da uğurlu layihələr həyata keçirəcəyik. Əldə olunan razılığa əsasən K. Marcanisvili adına Gürcüstan Akademik Dram Teatrının tamaşaları Bakıda, Akademik Milli Dram Teatrının tamaşaları isə Tibilisidə nümayiş olunacaq. Teatr dünya teatrları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir”.

Kote Marcanisvili adına Gürcüstan Akademik Dram Teatrının nümayəndələri dünən “Moruq” tamaşasını təqdim edib.

Teatrının baş müdiri Ekaterina Mazmişvili tamaşaçıların təsüratından danışıb: “Hər bir tamaşaçının səhnə əsərinədən məmnunluğunu müxtəlif cür ifadə edir. Pis tamaşaçı yoxdur. Əgər əksiklik olarsa demək bu bizdən asılıdır. Teatr ümumilikdə ictimaiyyətə xidmətdir. Bu kimi əməkdaşlıq layihələri olmazsa teatr inkişaf edə bilməz. Məqsəd insanlara sevinc bəxş etməkdir. Bu ənənəni gələcəkdə də davam etdirmək fikirindəyik”.

Bugün saat 19.00-da K. Marcanishvili adina Gürcüstan Akademik Dram Teatrınin “Piqmalion” tamaşası nümayiş olunacaq.

Tamaşa Bernad Şounun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın müəllifi Aka Morçiladze və Levan Tsuladzedir. Rejissorun yozumuna əsasən səhnə əsərində personajların adları gürcü adları ilə əvəzlənib. Tamaşa 150 dəqiqə davam edəcək.

Arifə Mikayılova






20 May, 2011  22:27 Baxılıb: 1295 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner