Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PORTRET - Şahmar Ələkbərov

Şahmar Ələkbərov  23 avqust 1943 – cü ildə Gəncədə anadan olub. 9 yaşı olanda ailə Bakıya köçüb. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. 3 – cü kursdan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasınin rəğbətini qazanıb. Azərbaycan kinosunda da əvəzsiz xidmətləri olan Şahmar Ələkbərov Ədil İsgəndərovun dəvəti ilə kinostudiyanın nəzdində yaradılan “kino aktyorluğu”studiyasına gedir. ”Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi faliyyət göstərən sənətkarın filmdə ilk rolu “Dağlarda döyüş”-dəki Fərrux obrazı olub. Təhsilini başa vurduqdan sonra müəllim assisenti kimi institutda saxlanılıb. Azərbaycan radiosunda “Ulduz” proqramını aparan sənətkar onlarla televeziya tamaşasında yadda qalan obrazlar yaradib. Sənətkar Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb və dövlət mükafatı laureatı ilə təltif olunub. 1992 – ci ilin sonunda vəfat edib.

Bilmirəm onu necə təqdim edim? Anasına gəlin axtaran Məzahirmi deyim, Qatır Məmməd, Qəzənfər, Gündüz yoxsa, Fərrux. Rolları ilə yaşayan böyük sənətkar, ali insan Şahmar Ələkbərovu xatırlamaq, onun həyat və sənət yoluna qısa nəzər salmaq istədim. Gözəl səsə, xüsusi intonasiyaya və nitqə, peşəkar aktyorluğa malik olan ölməz sənətkarın Əliağa Vahid haqqında çəkdiyi “Qəzəlxan” filmi kifayətdir ki, onun rejissorluğundan da ağız dolusu danışasan.

Əməkdar artist Elaxan Qasımov Ş. Ələkbərovu 1962-ci ildən tanıyır. Özünün dediyi kimi cavanlıq dostu olub. “Məndən iki yas böyük olduğundan İncəsənət İnistitutuna daxil olanda artıq o ikinci kursda oxuyurdu.  Elə tələbəlik dövründən yoldaşlıq etməyə başladıq. Bir gün  mənə dedi ki,  axsam bizə gələrsən, “mamaşanın” çayından içərik. İndiki, Azərbaycan  Milli Dram  Teatırının yanında Zərgər Palan küçəsində yaşayırdılar. Biz bir neçə dost idik, Həsən Əbluc, Tarıyel Qasimov, Alfred. Hamımız da Şahmarın anasına “mamaşa” deyirdik. Həmin gün mən elə düşünürdüm ki, Şahmar bizi deyib gülməyə əylənməyə dəvət edir. Onlara çatanda gördüm ki, Həsən Əbluc kitab oxuyur, digər dostlarim da qulaq asir. Hüseyin Ərəbliniski haqqında kitab çıxmışdı onu oxuyurdular. Mən içəri girən kimi salam verdim, bir tərəfdə əyləşıb qulaq asmağa başladım”.

Deyilənə görə, Ş.Ələkbərov həddindən artıq mülayim xasiyyətli, sözü bütöv adam olub. Hər yerdə hörmət edilən və ağır kişilərdən sayılan sənətkarın xarici görünüşündə də özünəməxsus qəribəlik olub. Üz cigilərindəki bəzi qüsurlar bir zamanlar aktyora baş rol oynamağa imkan verməyib. Ancaq sonralar yaratdığı obrazlarla bunun ohdəsindən məharətlə gələ bilib. E.Qasımov da bunu təsdiqləyərək bildirdi ki, bir vaxtlar doğrudan da Ş.Ələkbərovu məhz üzündəki qüsurlara görə kinoya çəkməyiblər. “O vaxtlar  kinoya başqa cür kişiləri çəkirdilər, ağbəniz,  üzdən bir az gözəl olanları. Ancaq sizə deyim ki, qadınlar Şahmarı çox bəyənib sevirdilər. Gözəl səsi də var idi. Əgər aktyorda on kompanent varsa, Şahmarda onlardan birincisi səsi idi. Deyərdim ki, o, teatra yeni bir nəfəs gətirmışdi. Turabov nəfəsinin bir hissəsini”.

Dostluqda da sadiq olan Ş.Ələkbərov son tikəsini dəstları ilə bölüşərmiş. Sənətdə və dostluqda kamil insan olduğu kimil ailədə də bunu qoruya bilmişdi. “Şahmarla həyat yoldaşı Kəmalə xanım gözəl ailənin necə olduğunu göstərə bildilər. Şahmar bizim dostların arasinda ilk evlənənlərdən idi. Onun əkiz qızı olmuşdu, Ləman və İzulət. İçəri Şəhərdə kirayə qalırdı, balaça otağı var idi, əkiz uşaq arabası içəri güclə girirdi”

“O, ümumiyyətlə rejissor olmaq haqqında düşünmürdü, birdən nədənsə, flim çəkməyə başladı və rejissor kimi də özünü sübut etdi. Adətən çəkdiyi filmlərdə ağır mövzulara toxunurdu”.

İncəsənət İnstitutunda Ş.Ələkbərovun müəllimi, filmlərdə isə tərəf müqabili olan xalq artisti Elmira Şabanova onun teatr üçün yarandığını söyləyir. “Şahmar həm bacarıqlı, istedadlı çalışqan tələbə, həm də təmiz  insan idi. Ən gözəl rolu Şillerin “Qacaqlar”pyesində Karl Mor obrazı idi. O vaxt Anarın “İmtahan”  poemasna cəkdiyi filimə məni də dəvət etdi. Çox maraqlı idi tələbəmin çəkdiyi filimdə  rol almaq. Ancaq həyat yolldaşım icazə vermədi o filimdə çəkilim. “Otən ilin son gecəsi” flimində,onunla tərəf müqabili oldum. Şahmar filimdə mənim həyat yoldaşım rolunda oynadı. Bizim yaş fərqimiz çox deyildi. Mən ondan cəmi beş yaş böyük idim. Hətta teatrda bir neçə aktrisa ona vurulmuşdu. Şahmar da gözəl qadınlara qarşı biganə deyildi”.

Cəmi 49 il ömür yaşayan qəhrəmanımız bu qısa zamanda çox işlər görüb. Ən qiymətlı işlərindən biri də sənətkarın çəkdiyi “Qəzəlxan” filmidir. Filmdə Əliağa Vahid obrazını oynayan əməkdar artist Loğman Kərimov ölməz sənətkarı yad etdiyimizə çox sevindi. “Həmişə deyərdi ki, mən talantımdan çox aşağı işlər görmüşəm. O, nə çəkdiyi, nə də çəkildiyi  filimlərdən razı deyildi. Şahmarın daxilində   bir  sim,  bir alət yox idi. Onun daxilində böyük bir orkestr var idi”- deyən L.Kərimov Ş.Ələkbərovla 17 – 18 yaşından radioda birgə işləyib. Və bir gün 1988 – ci ildə onu xalq şairi Elçinin “ Sahilsiz Gecə  “ flimində kiçik  bir  epizoda  çəkilməyə  dəvət  edirlər. “O vaxt xəstə idi dərmanı ovucla içirdi.  O xəstəliyini  bilirdi ancaq buna baxmayaraq yaratmaq  eşqi  ilə  yaşayırdı. “Qəzəlxan”  filiminin də senarisi elə orada yarandı. Məndən soruşdu ki, Loğman,  Əliağa Vahidi oynaya bilərsən?  Dedim, oynayaram. Hər gün birlikdə idik yavaş – yavaş  senari yazırdı. Mən senari ilə tanış olduqca qorxmağa başladım. O isə məni inandırırdı”.

Qəhrəmanımızın missiyası yaxşılıq etmək idi. Kinostudiyanın yaxınlığında yaşayan Ş.Ələkbərov “20 Yanvar” hadisəsində də öz mərdliyini, vətənpərvərliyini sübüt edib. Belə ki, tanklar  şəhərə girib dinc sakinlərə hücum edəndə  o, xəstə ola – ola onlarla insanı güllə-boranın altından çəkib evinə aparıb, səhərə qədər evində saxlayıb.

Amansız xəstəlik, dövrün faciəsi, XƏRÇƏNG...  Bu sənətkara həddindən artiq əziyyət versə də son günə qədər onu sevdiyi işindən ayıra bilməyib. Onun nə qədər mətanətlı, dözümlü, vəfalı və sənəti sevən olduğunu xəstələnəndən sonra bir daha gördülər. Çəkdiyi ağrıları hiss elətdirməyən Şahmar Ələkbərovu bir dəfə də sızlayan görən olmadı. Ağrılarını içində çəkən dözümlü insan çənə sümüyündə yaranan xərçəngə tutlmuşdu...

“Onu müalicə üçün Almaniyaya apardılar. Bakıya isə çox pis vəziyyətdə qayıtdı. O gündən də xəstəxanada yatırdı. Demək olar ki hər gün yanına gedirdim. O cüssəli oğlandan əsər əlamət qalmamışdı. O dəhşətli ağriların qarşısında  Şahmar  bir dəfə də olsun ufuldamadı. Şahmarı  xəstəlik öldürmədi, ozü xəstəliyə qarşı getdi. O, vəfat eləmədi, həlak oldu. Heç kimin yanında gözü kölgəli, hec kimə borclu olmadan bu dünyadan pak təmiz getdi”...

Sevinc Vəliyeva ("Simsar" jurnalı)

 






5 Noyabr, 2016  10:59 Baxılıb: 3436 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner