Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan yığmasının heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki ilin son oyunu üçün heyətə 25 futbolçu daxil edib.

Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək səfər qarşılaşması üçün açıqladığı heyətdə ən çox “Qarabağ”ın oyunçularına yer verib. Belə ki, o, bu dəfə ölkə çempionunun 8 oyunçusuna dəvət göndərilib.

Bir müddət əvvəl milliləşdirilən “Bursaspor”un hücumçusu Dəniz Yılmaz ilk dəfə Azərbaycan yığmasının formasını geyinmək imkanı əldə edib. O, klubunda zədələnən Rauf Əliyevi əvəzləyib. Bundan əlavə, zədəsini sağaldan Elvin Məmmədov və Əfran İsmayılov yenidən yığmaya dəvət olunub.

Komandamızın heyətində ümumilikdə ölkə xaricində çıxış edən 7 futbolçu var. Onlardan ikisi Portuqaliya, ikisi Türkiyə klubunu təmsil edirsə, Almaniya, İspaniya və Ukraynadan 1 oyunçu cəlb edilib.

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”);

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”);

Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Əfran İsmayılov, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”)

Hücumçular: Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə), Dəniz Yılmaz (“Bursaspor”, Türkiyə).






4 Noyabr, 2016  16:41 Baxılıb: 2242 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner