Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fuad Poladovun tamaşaları repertuardan çıxarıldı

Fuad Poladovun Akademik Milli Dram Teatrı səhnəsində oynadığı üç tamaşa “Şah Qacar”, “Boy çiçəyi” , “Müsyo İbrahim və Quran çiçəyi” tamaşaları repertuardan çıxarılıb. Kulis.Az-n verdiyi məlumata görə bu tamaşaların heç biri teatrın noyabr ayı üçün elan etdiyi repertuara salınmayıb.Kulis.Az-ın bu barədə sorğusunu Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı cavablandırıb. Onun sözlərinə görə Fuad Poladov Akademik Milli Dram Teatrının repertuarında olan “Şah Qacar”, “Boy çiçəyi” və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşalarında dublyorsuz oynayıb. Onun sözlərinə Fuad Poladov Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı dayandırmaq haqqında rəsmi müraciət etməyib. Xalq artisti mətbuata verdiyi açıqlamada işdən getdiyini təsdiqləsə də, rəsmi şəkildə ərizə yazmayıb. İstənilən halda, əgər bu əməkdaşlıq başa çatıbsa, deməli, hər üç tamaşanın gələcək taleyi sual altında qalıb. Fakt ondan ibarətdir ki, noyabr repertuarına sözügedən tamaşaların heç biri daxil edilməyib. Səhnə əsərlərinin sonrakı həyatı haqqında qərar verməyə Akademik Milli Dram Teatrının Bədii Şurası və rəhbərliyi səlahiyyətlidir. Tamaşa repertuardan Bədii Şuranın qərarı ilə çıxarılır. Bədii Şuranın isə hələlik belə bir qərarı yoxdur.







31 Oktyabr, 2016  12:00 Baxılıb: 1069 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner