Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tikinti materiallarında bahalaşma

Bəzi məhsullar 100% bahalaşıb

Azərbaycanın şimal bölgəsində tikinti materiallarının kəskin bahalaşması müşahidə olunur. Bəzi məhsullar 100% bahalaşıb. Xüsusilə, tikintinin əsas çəkisini təşkil edən materialların qiymətində olan süni artım özünü daha açıq şəkildə büruzə verir. Hazırda bölgədəki daş bazarlarında bir ədəd mişar daşı 70 qəpiyə satılır. Halbuki, bir ay öncə bu daş 35-40 qəpiyə satılırdı. 

APA-nın Şimal bürosunun məlumatına görə, daş bazarlarında olan süni qiymət artımı bölgə əhalisinin ciddi narazılığına səbəb olub. Yerli sakinlərin bildirdiyinə görə, mişar daşının qiyməti mövsümlə əlaqədar olaraq planlaşdırılmış şəkildə artırılıb. Belə ki, il boyu fərdi tikinti ilə məşğul olan insanlar qiymətindən asılı olmayaraq həmin tikinti məhsullarını almaq məcburiyyətindədir. Bundan istifadə edən işbazlar isə qiymətləri süni şəkildə artırıblar.

Bölgədəki daş bazarlarında isə qiymət artımının səbəbləri tam başqa cür izah olunur. Uzun müddət mişar daşının satışı ilə məşğul olan Bakı şəhər sakini Adil Şahbazov APA-nın yerli müxbirinə bildirib ki, sözü gedən tikinti materialı bölgələrə uzaq məsafədən gətirilir. A.Şahbazovun sözlərinə görə, əvvəllər hər yük avtomobili ilə ən azı 950-1000 ədəd mişar daşı gətirmək mümkün idi. Lakin son vaxtlar yük avtomobillərində normadan artıq yük daşınmasına icazə verilmədiyindən bu say 600-dək azaldılıb. Nəticədə, bütün sadalanan hallar satışa çıxarılan məhsulun qiymətinin artmasına səbəb olub.






20 May, 2011  15:35 Baxılıb: 1330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner