Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Millət vəkilləri Sumqayıt Kimya Sənaye Parkında olublar

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Komitənin üzvləri Sumqayıt Kimya Sənaye Parkında olublar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,nazirliyin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər bardə məlumat verilib, təqdimat keçirilib.

Görüşdə Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkı, parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri dövlət büdcəsi tərəfindən maliyyəşdirilir. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb. Hazırda Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, 110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir. Birinci mərhələ üzrə SKSP-də 5-7 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd olunub ki, sənaye parklarında rezidentlərin qeydiyyatının “bir pəncərə” sistemi ilə həyata keçirilməsi, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olması bu parkların üstünlüklərindəndir. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.

Hazırda SKSP-də geniş infrastrukturun və müasir Sosial zonanın yaradılması işləri davam etdirilir.

 

 






26 Oktyabr, 2016  18:08 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner