Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BDU-da Lev Vıqotskinin 120 illiyi qeyd olundu

Dövlət Universitetində “İrs və innovasiyalar - Lev Vıqotskinin mədəni-tarixi ənənələrinin davamı” adlı dəyirmi masa keçirilib.BDU-nun mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, “Rossotrudniçestvo”, Moskva Dövlət Pedaqoji Universiteti, Rusiyanın İnformasiya-Mədəni Mərkəzi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən dəyirmi masanı giriş sözü ilə BDU-nun tədrisin təşkili və təlim-texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açıb. Tədbirin psixologiya və pedaqogikaya böyük töhfələr vermiş, dünya miqyasında tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edildiyini bildirən professor İradə Əliyeva dəyirmi masanın işinə uğurlar arzulayıb. Dəyirmi masanın moderatoru, Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yelena Levanova qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd dünya elmi təcrübəsinin və Lev Vıqotskinin metodologiyasının ümumiləşdirilməsi, onun nəzəriyyəsinin dünya psixologiyasında tətbiqidir.  Dəyirmi masada BDU-nun kafedra müdiri, professor Bəxtiyar Əliyev, Rusiya Təhsil Akademiyasının akademiki Valeriya Muxina, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.







26 Oktyabr, 2016  17:49 Baxılıb: 922 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner