Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daha bir dini mağazada reyd keçirildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə Yasamal rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada daha bir reyd keçirib.Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.Baxış keçirilən mağazalardan 4-nün ixtisaslaşdırılmamış satışla məşğul olduğu aşkar olunub. Bundan başqa, 16 dini təyinatlı ədəbiyyatın müvafiq razılıq olmadan satıldığı müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.






26 Oktyabr, 2016  17:35 Baxılıb: 1146 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner