Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş kardioloq: "Televiziya verilişlərinə çıxan həkimlərə nəzarət olunmalıdır"

“Azərbaycanın müxtəlif televiziya kanallarındakı proqramlarda iştirak edən həkimlərə nəzarət olunmalıdır”. Respublikanın baş kardioloqu Faiq Quliyev APA-ya açıqlamasında deyib ki, müxtəlif növ xəstəliklərlə bağlı əhali düzgün məlumatlandırılmalıdır. “Amma bu gün müxtəlif televiziya proqramlarında həkimlər, hansısa mərkəzlər özünü reklam edir. Bu düzgün deyil. O reklama, proqramlara cəlb olunan həkimlərə görə kimsə məsuliyyət daşımalıdır. Onların doğrudan da sahəsi üzrə mütəxəssis olub-olmadığı müəyyənləşdirilməlidir. Bəzən proqramlarda kardioloqlar çıxış edir, amma bu sahənin mütəxəssisi kimi mən onları tanımıram”, - deyə o vurğulayıb.

F. Quliyev qeyd edib ki, televiziya reklamlarına nəzarət edilməlidir: “Əgər bu nəzarət olmasa, sabah zəhər də reklam edərlər. Bu gün həkim işləmək istəyənlər müəyyən sertifikasiyadan keçir, sonradan 5 il ərzində fəaliyyət göstərmək üçün razılıq alır. Reklam olunan həkimin fəaliyyəti, işləmək icazəsinin olub-olmaması yoxlanılmalıdır”.






26 Oktyabr, 2016  15:52 Baxılıb: 1731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner