Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Meksikalı heykəltəraşın sərgisi açılacaq

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin (Jorge Marin) “Varlığın canlanması” (The Reconstruction of the Being) adlı fərdi sərgisinin açılışı olacaq. Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Bu, X. Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.

“Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan cəmiyyətdə”, “İnsan kosmosda” və “İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, “özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.

 

53 yaşlı Xorxe Marin 25 ildən artıqdır yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə bu material onun yaradıcılığının səciyyəvi elementinə çevrilib. X. Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölçülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub.

 

X. Marin 250-dən çox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Türkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta-Rika, Panama, El Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib. Heydər Əliyev Mərkəzində açılacaq sərgi 2017-ci il martın 31-dək davam edəcək.






25 Oktyabr, 2016  13:02 Baxılıb: 1933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner