Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir: 2017-ci ilin dövlət büdcəsinin sosialyönümlü olması təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ekspert qrupunun Azərbaycanın sosial müdafiə şəbəkəsi və onun nəticələri ilə bağlı hazırladıqları hesabat layihəsinin təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə, tədbiri girş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü xarakter daşıdığını, sosial dövlət statusunun gücləndirilməsinin ölkənin ümumi tərəqqisində əsas prioritetlərdən olduğunu qeyd edib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin uzunmüddətli inkişafına yönələn siyasətinin respublikada sosial ədalət prinsipinin təmini və sivil əsaslar üzərində sosial hüquqların etibarlı müdafiəsi mexanizmini formalaşdırdığını vurğulayıb: “Ölkəmizin taleyində yeni və sürətli inkişaf mərhələsi olan 2003-2015-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə artımı əhalinin gəlirlərinin bu dövrdə 7 dəfə, cari ilin yanvar-sentyabr aylarında 8,7 faiz çoxalması, bu gəlirlərin orta illik artım sürətinin iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələməsi ilə müşahidə edilib. Yoxsulluq və işsizliyin 5 faiz səviyyəsinə endiyi Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərini özündə uğurla reallaşdıran və BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə fəal şəkildə qoşulan ölkələrdən biridir”.






25 Oktyabr, 2016  12:27 Baxılıb: 1633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner