Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ufuk Arca Turganer: “Bakıda çox sayda kiprli türk görmək istəyirəm”

Şimali Kipr Türk Respublikasının ölkəmizdəki  beşinci səlahiyyətli səfiri Ufuk Arca Turganer xanımın Simsar.az saytına müsahibəsini təqdim edirik.

-“Yavru Vatan" -ın səfirini ilk olaraq salamlayırıq. Ufuk xanım əvvəlcə Bakıya gəlişinizdən danışardız.

-Çox sağ olun, təşəkkür edirəm.  Azərbaycan elə bizim ikinci vətənimizdir. Heç qəriblik çəkmirəm. Burada vəzifəmə fevral ayında başladım. 1997-ci ildən burada səfirliyimiz var və mən  beşinci səlahiyyətli səfirəm. Məndən əvvəlki dörd səfir kişi idi. İlk qadin səfirəm.  Bakıda olmaq çox gözəldir.

-Azərbaycanda səfir olmağı gözləyirdinizmi?

-Mən özüm çox istəyirdim. Həm uşaqlarım üçün yaxşı bir mühit olduğunu düşündüyümdən buranı mən özüm istədim.

-Bəs Bakıdan başqa bizim digər bölgələrimizə getmisinizmi?

-Bəli, yavaş-yavaş fürsət tapdiqca gedirik. Qubada, Qəbələdə olmuşam. Çox bəyəndik şəhərdən kənar yaşıllıq,təbii gözəlliklər var. Bakıya mənim ilk gəlişimdir. Buraları internet üzərindən görmüşdüm, amma burada olmaq başqa bir zövqdür.

-Biz bir millət iki dövlətik, coğrafiyaya görə bəzi fərqli adət-ənənələır də var. Siz bu fərqliliklərdən nələri deyə bilərsiz?

-Əslində söylədiyiniz kimi, bir millət iki dövlətik, mən də elə böyük fərq hiss eləməmişəm. Bakının arxitekturasını çox bəyəndim. Burada köhnə binalarla yanaşı modern binalar  da var. İçəri Şəhər isə ayrı bir gözəllikdir. Hər həftəsonu uşaqlarla gedirik. İnsanlarınız  çox mehriban, qonaqpərvərdir. Bir də çaylarınız çox dadlıdır.

-Mətbəximizdən daha nələri bəyənirsiniz?

-Ən başda qutabı çox sevirəm. Əslində hər şey ləzzətlidir.

-Bir az da Şimali Kiprlə  Azərbaycanın yaxınlığından danışardınız.

-Mədəniyyət olaraq çox yaxınıq. Qonaqpərvərliyimiz eynidir. Sizdə də mürəbbələr var bizdə ona macun deyirlər. Mən burada qoz mürəbbəsi görəndə çox təəccübləndim. Əvvəlcə qonağa türk qəhvəsi verilir sora macun. Sizdə isə mürəbbə çayla verilir

-Azərbaycanda sizin diqqətinizi başqa nələr çəkdi?

-Mən buraya gələndə qış ayı idi. Bizdə Şimali Kiprdə iqlim buradan çox fərqlidir. Bir-iki ay soyuq olur. Bakida isə  cox külək əsir, amma zamanla alışır insan.

-Dövlət xadimlərimizlə görüşürsünüzmü?

-Bəli, millət vəkilləri ilə, nazirlərlə, digər qurumlardakı daki dövlət xadimləri görüşürəm. Millət vəkili Qənirə xanıma çox təşəkkür edirəm. Həqiqətən fərqli bir insandır. Həm insan olaraq, həm də vəzifəsində cox bacarıqlıdır. Bizi də çox sevir, sırf Şimali Kipr türklərinə ayrı bir yaxınlığı vardır. İlk gəldiyim gündən mənə çox   köməyi oldu. Əlbəttə, Kipr türklərinə yaxın olan digər millət vəkilləri də var. Hər birinə göstərdikləri dəstk üçün təşəkkür edirəm. Ortaq dinimiz, dilimiz var bu da bizim üçün ayrı bir avantajdır. Kiprin əsas iqtisadi  sektoru elm və turizmdir. Bunları daha da inkişaf elətdirmək istəyirik. Mən Bakıda çox sayda kiprli türk görmək istəyirəm.  Eyni zamanda Şimali Kiprdə də azərbaycanlı qardaşlarımızı görmək istəyirik.

-Səfir olduğunuz müddətdə turizm əlaqələrini genişləndirməyi düşünürsünüz?

-Bəli, bu mənim diqqətimi çəkdi. Bizdə də türklər Avropa ölkələrinə gedirlər. Çox təəssüfki Azərbaycana turist kimi gəlmirlər iş üçün gəlirlər. Halbuki buranin mədəniyyəti, yeməkləri, gəzməli yerləri çoxdur və gözəldir. Bizim turizm nazirliyinin gələcək illər üçün bir çox qarşılıqlı layihəsi var.

-Bizim Şimali Kiprdə təhsil alan tələbələrimiz coxdur. Eynilə orda buraya tələbə qəbulu olması barədə nə kimi fikirləriniz var?

-Bəli, Azərbaycandakı universitetlərlə bu barədə görüşlərimiz olcaqdır. Tələbə dəyişimi ola bilər. Mən Bakı Dövlət Universitetində, ADA, İqtisadiyyat, Pedaqoji və Turizm və Menecment  universitetlərində olmuşam.

-Televiziyalarımıza baxırsınızmı?

-Bəli baxıram. Burada da televiziya proqramları inkişaf etməkdədir.

-Ailənizləmi gəlmisiniz buraya? Neçə övladınız var?

-Bəli ailəmlə gəlmişəm. Ekiz övladlarım var, bir qiz bir oğlan. Burada məktəbə gedirlər. Artıq 13 yaşları var. Anam da bizimlədir. Həyat yoldaşım isə Kiprdə işlədiyinə görə buraya tez-tez gedib-gəlir. Ailəm də buraları çox bəyəniblər.

-Gününüz necə başlayır?

-Mətbuatı izləməklə. Əvvəlcə Azərbaycanın sora isə Şimali Kiprin mətbuatını oxuyuram. Daha sonra öz işlərimlə məşğul oluram. Ziyarətçilərimiz çox olur. Gələcək günlərdə rəsm yarışması keçirtmək istəyirik. Burada fəaliyyət göstərən dərnəklərdən biri təşkil edir, biz də onlara dəstək olacağıq. Uşaqlar xəyallarındakı Şimali Kipri çəkəcəklər.

İradə Nurəddinqızı

 






24 Oktyabr, 2016  15:55 Baxılıb: 3300 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner