Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Misirin Azərbaycandakı səfiri Bilik Fondunda olub

Misirin Azərbaycandakı səfiri Suzanne Mohamed Gamil Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, fondun rəhbərliyi və əməkdaşlarla birgə keçirilən görüşdə səfirliyin Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi də iştirak edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov 1992-ci ildən başlayan Azərbaycan-Misir diplomatik əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. İcraçı direktor deyib ki, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin dinamikası təhsil, elm, mədəniyyət sahəsində də qarşılıqlı əməkdaşlığın uğuruna zəmin yaradır.

Görüşdə səfirə Bilik Fondunun Mərkəzlə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib və Bilik Fondu tərəfindən səfirlik əməkdaşları üçün Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Suzanne Mohamed Gamil sözügedən layihələrdən məmnun qaldığını və Bilik Fondu ilə əməkdaşlığa hazır olduqlarını deyib. Maarifləndirmə istiqamətində həyata keçiriləcək gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.






24 Oktyabr, 2016  15:21 Baxılıb: 1726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner