Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BDU-da elmi konfrans keçirildi

Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. BDU-nun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Quluzadənin 80 illik yubileyi münasibətilə Beynəlxalq elmi konfrans keçirilib.Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov konfrans iştirakçılarını salamlayıb və toplantını açıq elan edib.Plenar iclasda rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev, Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məhəmmədəli Ramazanov, Təbriz Universitetinin professorları Ali Ajabshirizadeh və Samad Sobhanian, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva çıxış edərək, görkəmli alimin keçdiyi zəngin həyat yolundan və qazandığı elmi nailiyyətlərdən danışıblar. Məruzəçilər çıxışlarında professor Cəfər Quluzadənin tədqiqatlarının elmə verdiyi töhfələri də diqqətə çatdırdılar. Plenar iclasın sonunda konfransda Sankt-Peterburqdan, Ukraynadan, Çexiyadan, Almaniyadan, İstanbuldan, Moskvadan olan alimlərin professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə göndərdikləri təbrik məktubları oxunub.Sonra konfransda elmi məruzələr dinlənilib. Tədbirin sonunda professor Cəfər Quluzadə Beynəlxalq elmi konfransın təşkilatçılarına, iştirakçılarına və qonaqlara öz minnətdarlığını bildirib.






24 Oktyabr, 2016  15:19 Baxılıb: 1765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner