Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanın Maltadakı səfiri etimadnaməsini ölkə prezidentinə təqdim edib

Azərbaycanın iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Maltadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib. Xarici İşlər Nazirliyindən Simsar.az -a verilən məlumata görə, o, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd edib və əlaqələrin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib.

Malta prezidenti Mari-Luiz Koleyro Preka ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səfərlərin həyata keçirildiyini deyib. O, bu ilin aprel ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini xatırladıb.

Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Malta Respublikasının Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

M.Əhmədzadə bu ölkənin xarici işlər naziri Corc Vella, Malta Parlamentinin sədri Ancelo Farruca, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərası dostluq qrupunun rəhbəri Kris Acus və digər parlament üzvləri ilə də görüşlər keçirib.






24 Oktyabr, 2016  14:25 Baxılıb: 1759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner