Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitənin sədri Fuad Muradov deyib.

 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanuna və Cinayət Məcəlləsinə və Cinayət-Prosesual Məcəlləyə dəişiykliyin edilməsi təklif edilir.

 

F.Muradov deyib ki, Cinayət Məcəlləsinə idman yarışlarının manipulyasiyası (192-2) maddəsi əlavə edilir.

 

Bu maddədə qeyd edilir ki, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsinə görə üç min manatdan beş min manatadək cərimələnmə və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilsin ( maddə 192-2.1).

 

192-2.2 maddəsinə görə isə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vədin qəbul edilməsinə görə üç min manatdan beş min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza tətbiq ediləcək. Bu hallar təkrar törədildikdə, eyni zamanda mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən törədildikdə 6 ildən 8 ilədək müddəətə azadlıqdan məhdum etmə ilə cəzalandırma olacaq.

 

Qnun layihəsinə görə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya idman hakiminə, məşqçiyə, sponsopra və digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya, hədələmə, onlar barədə rüsvayedici məlumatlar yayma, əmlaklarını tələbetmə hədələməsinə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

 

Bu hal həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə törədildikdə 3 ildən 6 alədək azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.






24 Oktyabr, 2016  14:16 Baxılıb: 1960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner