Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir vətəndaşlarla görüşdü

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər ƏliyevMərkəzində Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.Simsar.az xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.Lənkəran şəhərindən qəbula yazılan vətəndaşlar Bəlləbur qalasında arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Milli Qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evi və klubun əyani vasitələrlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.Masallı sakinləri tərəfindən rayonda milli geyimlər festivalının, eləcə də uşaq musiqi və incəsənət məktəbləri arasında zona festivallarının təşkili, bölgələrdəki dövlət dram teatrlarında rayonların xalq teatrları kollektivlərinin çıxışlarına şərait yaradılması barədə müraciətlər edilib.Cəlilabaddan qəbula gələn sakinlər rayon ərazisindəki Polutəpə arxeoloji məkanında aparılan tədqiqat işlərinin başa çatdırılması, kitabxanalara texniki avadanlıqların verilməsi ilə bağlı xahişlərini diqqətə çatdırıblar.Astara sakinlərinin turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlığın qurulması, rayon uşaq musiqi məktəbində instrumental ifaçılıq və muğam dərslərinin tədrisinin təkmilləşdirilməsi və digər məsələlərə dair müraciətləri səslənib.Lerikdəki Uzunömürlülər muzeyində digər bölgələrimizin uzunömürlü insanları haqqında da məlumat guşəsinin yaradılması, Buzeyir qalasının turizm marşrutuna daxil edilməsi, habelə Yardımlı rayonu ərazisində tarix-mədəniyyət qoruğunun yaradılması, ölkə ərazisindəki tarix və mədəniyyət abidələri barədə geniş məlumatı əks etdirən fotoalbomun hazırlanması, kənd kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müraciətlər də olub.Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.






24 Oktyabr, 2016  14:05 Baxılıb: 1641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner