Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlı səfir İrpendə bayramda

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları İrpen şəhər meri Vladimir Karplyukun dəvəti ilə İrpen şəhər gününə həsr olunmuş bayram tədbirlərində iştirak edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdən öncə diplomatlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına Dostluq parkını ziyarət edərək görkəmli oftalmoloqun abidəsi önünə çiçək qoyub, abadlığına daim nəzarət olunan parkın vəziyyəti ilə tanış olublar.

Sonra diplomatlar Zərifə Əliyeva adına linqvistika təmayüllü 12 saylı orta məktəbi ziyarət ediblər. Məktəb direktoru Valentina Antonenko qonaqları məktəbin nəzdində yaradılan Zərifə Əliyeva adına xatirə muzeyi ilə tanış edib. Məktəb kollektivinin Naxçıvana səfərlərindən, Şahtaxtı kəndinə baş çəkməklərindən danışıb.İrpen şəhər gününə həsr olunmuş tədbirlər şəhər administrasiyasının qarşısında yeni təmir olunmuş mərkəzi meydanın və Taras Şevçenko adına küçənin açılışı ilə başlanıb. Şəhər meri Vladimir Karplyukun, kiyevdə akkreditə olunmuş diplomatik missiyaların, İrpen şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələrinin və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilmiş təntənəli açılış mərasimində fəxri qonaq kimi çıxış edən Səfir Azər Xudiyev İrpen şəhəri ilə əməkdaşlığa xüsusi diqqət verildiyini, mütəmadi səfərlərin həyata keçirildiyini qeyd edib.

O, İrpen şəhərində Azərbaycanın görkəmli oftalmoloqu akademik Zərifə Əliyeva adına park və küçənin, şəhərin ən aparıcı orta məktəbində Zərifə Əliyeva xatirə muzeyinin mövcudluğunun bu sağlam əməkdaşlığın təcəssümü olduğunu vurğulayıb. Səfir şəhər merinə Azərbaycanla əlaqələrə göstərdiyi diqqətə görə təşəkkürünü bildirmiş və Vladmiri Karplyuka işlərində uğurlar arzulayıb. Sonra qonaqlar İrpen şəhər gününə həsr olunmuş təntənəli paradı izləyib, şəhər meri Vladimir Karplyukun qonaqların şərəfinə verdiyi ziyafətdə iştirak ediblər.






24 Oktyabr, 2016  13:15 Baxılıb: 1644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner