Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Onlar Gülərə dəstək oldular

Dünən Niel restoranında "Gülərə dəstək olaq" adlı xeyriyyə tədbiri baş tutub. Dafne restoranının sponsorluğu ilə keçirilən aksiyaya bir çox qurumlar o cümlədən "Kids Word" uşaq mağazası, "Aliza" geyim mağazası, İpək Yolu Sahibkarlığın inkişafına dəstək ictimai birliyi, "Aristokrat" klinikası, Xəzər və ARB televiziyaları dəstək vermişdi. Tədbirdə iştirak edən xüsusi qonaqlar arasında görkəmli oftolmoloq, professor Paşa Qəlbinur, millət vəkili Adil Əliyev də vardı. Aparıcılar Səbuhi Yusibli və Aynur Zakirqızı açılış etdikdən sonra tədbirin musiqili qonaqlarına söz verdilər. Elif Medianin təşkilatçılığı ilə həyata keçən xeyriyyə marafonunda müğənnilərdən Nadir Bayramlı, Elçin Hüseynov, Niyam Salamı, Yaşar Yusub, Eldəniz Vəliyev, Zemfira, Şəbnəm Tovuzlu və başqaları iştirak etdilər.

Simsar.az -a tədbirlə bağlı öz fikirlərini bildirən Paşa Qəlbinur bele aksiyaların intensiv təşkil olunmasını faydalı olduğunu bildirib. "Ehtiyacı olan insanlar çoxdur. Bu cür tədbirlər tez-tez təşkil edilsə onlara xeyli kömək göstərilmiş olar".

İpək Yolu İctimai birliyinin baş katibi Səxavət Kərimov isə belə bir xeyriyyə aksiyasında təmsil etdiyi birliyin də yaxından iştirak etdiyindən mənun olduğunu vurğulayıb. "Birlik olaraq profilimiz başqa sahə olsa da belə bir aksiyaya məmnuniyyətlə dəstək verməyə hazırıq. Ümidvarıq ki, körpə Gülər bala tezliklə öz sağlığına qovuşacaq. Biz də İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi olaraq, əlimizdən gələn köməkliyi etməyə hazırıq".

Tədbirdə iştirak edən millət vəkili Adil Əliyev də Gülər balaya tezliklə sağlığına qovuşmasını arzulayaraq, onun və yardıma ehtiyacı olan körpələrin yanında olduqlarını bildirdi.

Cəmilə Məmmədova

 






24 Oktyabr, 2016  11:28 Baxılıb: 1999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner