Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Velosipedçimiz Avropa çempionatında 9-cu yer tutdu

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasından Simsar.az-a verilən məlumata görə, yarışda ölkəmiz bir idmançı ilə - keyrin növündə mübarizə aparan Sergey Omelçenko ilə təmsil olunub.32 idmançının iştirak etdiyi bu növdə S.Omelçenko 1-ci mərhələni uğurla dəf edib - o, Litva, Fransa, Hollandiya və Belarus təmsilçiləri ilə eyni xətdə yer alıb və hamını qabaqlamaqla qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb.Finala çıxmaqla medallar uğrunda mübarizə aparmaq üçün S.Omelçenkoya yarımfinal yürüşündə cəmi bir neçə sm çatmayıb. Polşa, İspaniya, Fransa, həmçinin Çexiyanın 2 idmançısı ilə mübarizənin yekununda ilk üçlükdən kənar qalan təmsilçimiz 4-cü olub və bununla da 7-12-ci yerlər uğrunda yarışmalı olub.Son yürüşdə Böyük Britaniya və Çexiya idmançılarından geri qalan, amma İspaniya və Yunanıstanın 2 velosipedçisini qabaqlayan S.Omelçenko bununla da Avropa çempionatını 9-cu pillədə başa vurmaqla aktivinə 300 reytinq balı yazıb. Qeyd edək ki, reytinq xalları idmançımıza gələn ay başlayacaq və 4 mərhələdən ibarət olacaq Dünya Kuboku yarışlarında iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır.






24 Oktyabr, 2016  11:55 Baxılıb: 2039 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner