Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

22 yaşlı gənci elektrik cərəyanı vurub öldürdü

Qax rayonunda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb. "Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb.

Şəhər sakini, 22 yaşlı Musa Oktay oğlu Əhmədov həmin küçədə yaşayan vətəndaşın su çənini təmizləyərkən 10 kv-luq elektrik xəttinə toxunub və təxminən 8 metr hündürlükdən yerə yıxılıb. Dərhal hadisə yerinə "Təcili tibbi yardım" briqadass cəlb olunub. Həkimlər gəldiyində Musa Əhmədov artıq keçinib.

Qax Elektrik Şəbəkədən "Report"un Şimal-Qərb bürosuna verilən məlumata görə, ölən şəxsin su çənini təmizlədiyi abonent qanunsuz olaraq 10 kv-luq elektrik xəttinin qoruq zonasının altında su çəni quraşdırıb. Musa Əhmədov da çənin üzərinə çıxdıqda başı gərginlik olan elektrik xəttinə toxunub.

Faktla bağlı araşdırma aparılır.






22 Oktyabr, 2016  13:58 Baxılıb: 1817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner