Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyx İordaniyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 22-də İordaniya Haşimilər Krallığına səfərə gedəcək. QMİ mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, səfər İordaniya kralı Əlahəzrət II Abdullahın dəvəti əsasında baş tutacaq.

Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının 23-25 oktyabr tarixində Əmmanda keçirilən «Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru» mövzusuna həsr olunmuş XVII konfransında iştirak edəcək Akademiyanın həqiqi üzvü Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcək.“Al əl-Beyt” İslam Fikri Akademiyasının dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri böyük önəm kəsb edir.

Akademiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Kral Abdullah tərəfindən 2007-ci ildə İordaniyanın ali dövlət mükafatı - I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunmuş QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bu Akademiyanın yaradıcılarından biridir. Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.






21 Oktyabr, 2016  16:10 Baxılıb: 1666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner