Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Lamiyə Ələkbərqızı: "Heç vaxt filmə çəkilməyəcəm"

“Yeni mövsümə çox yaxşı başladıq. Kanalımızdakı dəyişikliklər hiss olunur. Qarşıda yeni və maraqlı verilişlərimiz var”. Bu sözləri Axşam.az-a açıqlamasında “Lider” telekanalının icraçı direktorunun birinci müavini, aparıcı Lamiyə Ələkbərqızı deyib. O bildirib ki, yeni veriliş təklifləri alıb:“Hazırda gündəlik efir aparıram, başqa layihələrlə məşğulam. Yeni təkliflər var, istəmirəm çox proqramda görsənim”. L.Ələkbərqızı aktrisalıq bacarığı olsa da, heç vaxt filmə çəkilməyəcəyini deyib:“İnsan özünü gördüyü yerdə olsun. Mən incəsənət universitetini bitirmişəm. Akrtisalıq edib, rol da oynaya bilərəm. Amma istəmirəm, ola bilər elə rol olsun ki, rejissorun dediyini edə bilməyim. Milli mentalitet var, ailəli adamam, olmaz. Ya gərək orda da aparıcı olum. Özümü filmdə görə bilmirəm. Kiminsə üzünə başqa cür baxa bilmərəm”.

Hər zaman formada qalan aparıcı 47 kiloqram çəkisi olduğunu söyləyib: “Özümü saxlayıram, nəfsimə hakim oluram. Tamaşaçılar elə bilər ki, yeyirəm kökəlmirəm. Əsla, az yeyirəm. Yesəm kökələrəm. Ciddi pəhriz saxlamıram. Bir də rəhmətlik atam da arıq olub, ona oxşamışam. Məsuliyyət hiss edirəm, efirdəyəm kökəlmək olmaz. Bir kiloqram artıq olan kimi narahat oluram. Çəkim hər zaman 47-dir. 48 olanda artıq narahatlıq hiss edirəm".






19 Oktyabr, 2016  14:37 Baxılıb: 2083 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner