Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Faiq Ağayev talış mahnısı oxudu

Xalq artisti Faiq Ağayev repertuarına yeni mahnı daxil edib. Simsar.az-ın məlumatına görə, müğənni “Zanqeyarım” adlı talış xalq musiqisini səsləndirib. Mahnının Azərbaycan dilində mətni üzərində Vahid Əziz çalışıb, aranjimanını isə Cavid Şirinov edib.Mahnı haqqında fikirlərini bildirən xalq artisti bildirib ki, bu mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim edib. "Zanqeyarım" xalq mahnısı talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyarmışlar. Azərbaycanın cənub bölgsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini subut edir" - deyən F.Ağayev talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verdiyini bildirib.

"Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilib.

 

Simsar.az






17 Oktyabr, 2016  14:54 Baxılıb: 2654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner