Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Kosmos həftəsi uğurla başa çatdı

 

Hər il oktyabrın 4-dən 10-dək Ümumdünya Kosmos Həftəsi keçirilir. Bu il həftəlik distansiyalı zondlaşdırmaya və Yerin kosmosdan müşahidəsinə diqqəti cəlb etməyə həsr edilib. Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ilə təchiz olunmuş ilk planetarium Tusi Bohm Planitarium bu il də ənənəsinə sadiq qaldı. Kosmos həftəsinin açılışı ilə baglı keçirilən xüsusi tədnbirdə  giriş sözü ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev danışdı. O  kosmos həftəsi və Rosetta missiyası haqqında ətraflı məlumat verdi. AMEA –nın Elm və Təhsil İdarəsinın rəhbəri Əminağa Sadıqov, Azərspace ASC-nin sədr müavini Rövşən Rüstəmov,  AR prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov,   Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev,  AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov elmi maarifləndirmə və bu səpgili tədbirlərin əhəmiyyətindən danışdılar. Sonda yeni “Rosetta” filminin nümayişi oldu. Kosmos həftəsi çərçivəsində elan edilən açıq qapı sayəsində 500 –nəfərin yeni filmi izləmək imkanı oldu. Həftə boyunca gənc astronomların çəkdiyi fotolaran sərgisi də  maraq dogurdu.






11 Oktyabr, 2016  18:42 Baxılıb: 1181 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner