Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MTRŞ - dan “Bozbaş pikçers"ə XƏBƏRDARLIQ

“Milli Televiziya və Radio Şurası (MTRŞ) əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, “qara yumor”la bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma təəssüf ki, hazırda bu kimi hallar yenidən ortaya çıxır”.

Simsar.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, bu məsələlər şuranın nəzarətindədir: “Bu, daha çox yaradıcılıq məsələsidir, əslində, MTRŞ yayımçıların yaradıcılıq işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib, reytinq xatirinə efiri səviyyəsiz materiallarla doldurmamalıdır”.

Şöbə müdiri bildirib ki, o, şəxsən “Bozbaş pikçers”in ATV-də yayımlanmasını başa düşmür:

“Bəlkə də yaxşı reytinq gətirir, ona görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə, yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start veriləcək”.






10 Oktyabr, 2016  16:38 Baxılıb: 2198 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner