Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ORUC MƏMMƏDALIYEVİN VƏFATINDAN 5 İL KEÇDİ

 II qrup Qarabağ əlili döyüşlərdə qəhrəmanlığı ilə fərqlənib

Azərbaycanın qeyrətli oğullarından biri, Qarabağ qazisi Oruc Məmmədalıyevin vəfatından 5 il keçdi. O.Məmmədalıyev 2006-cı il, mayın 17-də yüksək qan təzyiqi ilə Topçubaşov adına Eksperimental Xəstəxanaya aparılaraq kəskin qan laxtalanmasından əməliyyat olunmuşdu. Əməliyyatdan sonra səhhəti normallaşsa da o gün axşamçağı vəziyyəti qəfildən pisləşmiş və həkimlər yenidən əməliyyat aparmalı olmuşdu. 

Əməliyyat vaxtı işıqlar söndüyündən həkimlər prosesi şam işığında davam etdirmişdi. Ancaq bu əməliyyatdan sonra Oruc özünə gəlməmişdi. Həmin gün saat 20:30 radələrində O.Məmmədalıyev dünyasını dəyişdi. O, mayın 18-də Beyləqan rayonunda - atasının, bacısının və digər qohumlarının uyuduğu qəbiristanlıqda torpağa tapşırıldı.
O.Məmmədalıyev 1969-cu ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində doğulub. 1991-93-cü illərdə Qarabağda erməni işğalçılarına qarşı vuruşub. 1993-cü ildə Tuğ kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. II qrup Qarabağ əlili, Qarabağ Əlillər Cəmiyyəti Cəbrayıl rayon şöbəsinin sədri idi. 
Cəsur döyüşçü Qarabağ Əlillər Cəmiyyətinin 2001-ci ilin yanvar-fevral aylarında təşkil etdiyi ümumrespublika aclıq aksiyasının ən fəal iştirakçılardan olub. Bu aksiyaya görə 2001-ci ilin fevralında digər döyüşçü qardaşları ilə birgə həbs edilib və siyasi sifariş əsasında məhkəmə hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Bir müddət sonra o vaxtkı dövlət başçısı Heydər Əliyevin fərmanı ilə əfv edilib.
O.Məmmədalıyev həbsdən çıxandan sonra da demokratik mübarizənin ön cərgələrində dayanırdı. 2003-cü il prezident seçkilərindən sonra öyrədilmiş şəxslərin AXCP qərargahı qarşısında keçirmək istədiyi “aksiya” zamanı ANS-in kamerasını sındırmaqda ittiham edilərək həbs olundu və 4 ay Bayıl təcridxanasında saxlanıldı. Halbuki məhkəmədə Orucun bu işi törətdiyi sübut olunmadı. Buna baxmayaraq, o, məhkəmə qərarı ilə etmədiyi cinayətə görə 14 milyon manat vəsait ödədi. Məhz bu saxta ittihama görə vətən uğrunda sağlamlığını itirmiş döyüşçü 4 ay həbsdə yatarkən yüksək qan təzyiqi xəstəliyinə düçar olmuşdu. Özündən sonra O.Məmmədəliyevin vətən üçün iki yadigarı qalıb - bir oğlu, bir qızı. Allah rəhmət eləsin...

Musavat.com 






19 May, 2011  15:40 Baxılıb: 1237 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner