Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycana gələn ərəblərin sayı 8 dəfə artıb

Bakıda turizm işçilərinin peşə bayramı münasibəti ilə mətbuat konfransı keçirilib. Simsar.az APA- ya istinadən bildirir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev peşə bayramının təsis olunmasını turizm sənayesinin gələcək inkişafı üçün həlledici addım kimi dəyərləndirib. Nazir deyib ki, son illərdə Azərbaycana gələn turistlərin sayında böyük artım qeydə alınıb: "Təkcə bir faktı qeyd etmək lazımdır ki, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 8 dəfə çoxdur. Bu sahədə aparılan dövlət siyasəti artıq müsbət nəticəsini verməkdədir. Sevindirici haldır ki, təkcə ərəb ölkələrindən yox, Rusiya və Qazaxıstandan da çoxsaylı turist gəlir. Hazırda əsas istiqamətimiz xidmət səviyyəsində keyfiyyət dəyişikliyinə nail olmaqdır".

Nazir əlavə edib ki, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində beynəlxalq təcrübədən istifadə edilir: "Yeni layihə Milli Məclisdə müzakirə olunacaq. Bu qanunun qəbulu inkişafı daha da sürətləndirəcək. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın yeni strategiyasında turizm özünəməxsus yer tutur".






27 Sentyabr, 2016  12:02 Baxılıb: 1933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner