Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

30 yaş sindromu necə baş verir – ARAŞDIRMA

İnsanın özüylə psixoloji mübarizəsi 30 yaşında başlayır. Mütəxəssislər boşanma və depressiya hadisələrinin daha çox bu dövrdə baş verdiyini və bu sindromun ən çox şəhərdə yaşayan insanların həyatına təsir etdiyini bildirirlər. "30 yaş sindromu" adlandırılan bu proses bəziləri üçün 25 yaşında başlayır və 35 yaşa qədər davam edir. Əksər insanlar, xüsusilə 25-35 yaşında olanlar "30 yaş sindromu"nu ağır, bəziləri bunu hiss eləmədən yaşayırlar. Məsələn, bir adam " 29 yaşındayam" deyirsə və sonra başqalarına özünü təqdim edəndə yaşını kiçildirsə, demək artıq o bu sindroma düçar olub. Depressiya hadisələri də yenə bu yaşlarda daha çox müşahidə olunur. Mütəxəssislər 30 yaş sindromunun daha çox şəhərli nəslin yeni bir problemi olduğunu bildirirlər.

Tükənmə sindromu nədir?

Psixoloq Dəyanət Rzayev evdar qadınlar da daxil olmaqla, bir çox işgüzar insanların  bu sindromdan əziyyət çəkdiyini deyir. “Tükənmə sindromu əsasən işgüzar insanlar arasında müşahidə olunan yorğunluq, ümidsizlik, iş yerini tərk etmə və bu kimi hallarla xarakterizə olunur. Hətta bu sindrom iş yerini tərk etməkdən əlavə, ailədaxili problemlərə, psixosomatik xəstəliklərə, spirtli içki və siqaret aludəçiliyinə, eyni zamanda, yuxusuzluq, depressiya kimi ciddi problemlərə gətirib çıxara bilər. Bir sözlə, tükənmə sindromu həyatın çətin tələbləri qarşısında insan enerjisinin mənəvi və fiziki baxımdan tükənməsidir”.

Tükənmə sindromu və depressiya arsaındakı  fərq və vəziyyətdən çıxış

Depressiya ilə tükənmə sindromunu çox zaman bir-biriylə qarışdırırlar. Hər iki vəziyyət insan motivasiyasını azaldıb həyatdan zövq almasını əngəlləsə də, bunlar arasında önəmli fərqlər mövcuddur. Psixoloq Aygün Ağabalayeva depressiv vəziyyətdən qaynaqlanan mənfi hisslərin həyatın bütün sahələrinə təsir etdiyini, tükənmə sindromunun isə yalnız işlə bağlı olduğunu söyləyir. Yəni, iş şərtləri qaydasına salındıqda yaxşılaşma da müşahidə olunur. Tükənmə sindromunun qarşısını almaq üçün ilk olaraq kiçik addımlardan başlamaq lazımdır. Məsələn, insan yarım saatı yalnız özünə sərf edə bilər. Bu müddət ərzində qəhvə içə, qəzet, kitab oxuya, daha sonra dostları ilə söhbətləşə, bir sözlə, ruhunu dincəldən işlərlə məşğul ola bilər. Həftə sonlarını mənalı keçirmək, ən azı 2-3 həftədən bir həftə sonu tətilləri edə bilər.Tükənmə sindromundan yaxa qurtarmaq üçün insanın həyatına kənardan baxması lazımdır. İnsan öncə nə üçün özünü tükənmiş hiss etdiyini, buna hansı faktorların səbəb olduğunu aydınlaşdırmalıdır. Yəni iş yeriniz, iş yorğunluğu, iş saatları, ətrafınızdakı insanlarla münaqişə, yoxsa psixoloji dəstək almamaqla bağlıdır?! Problemin qaynağını tapdıqdan sonra onun həlli yollarını partnyorunuz, ya da iş yoldaşlarınızla müzakirə edə, dəstək ala bilərsiz. Sevdiklərinizlə, ailənizlə vaxt keçirin. Başqalarının iş rejiminin sizinkinə uyğun gəlib-gəlmədiyini, xəyallarınızdakı işə uyğun bir işdə çalışıb-çalışmadığınızı dəyərləndirin. İdmanla məşğul olun. Adicə yürüşə çıxdıqdan bir neçə gün sonra bunun sizə necə təsir edəcəyini görəcək, özünüzü daha gümrah hiss edəcəksiz. Ruhunuz isə dincəlmiş olacaq. 30 yaş sindromu hadisələrə gecikmə, nələrisə bacara bilməmə qayğısı və özünü günahlandırma, vəziyyəti bəyənməmə halı kimi müşahidə olunur. Bu sindromu yaşayanlar hələ bir iş sahibi ola bilməyənlər, ya da həyata keçirdiyi işdən razı qalmayanlar, yaxşı bir işə malik, amma evlənməyən, hələ də öz nizamını qura  bilməyənlərdir. Bir də mütəxəssislərin israrla vurğuladığı bədən yaşı 30 olmasına baxmayaraq, hələ yetkinlik psixologiyasında olanlardır ki, onların  vəziyyəti daha acınacaqlıdır. Məsuliyyət , qorxu və hüznü adətən kişilər yaşayır.

Psixoloqlar tükənmə halının bir gecədə deyil, aylarla davam edən bir proses olduğunu və 4 mərhələdən keçdiyini qeyd edirlər. Psixoloq A. Ağabalayeva sindromun ilk mərhələsində insanın  ağır iş yükü, hədsiz stress və çətin tələblər qarşısında qaldığını,  ikinci mərhələdə fiziki və mənəvi yorğunluq baş verdiyini,  getdikcə yorğunluğun artıq xroniki hal aldığını və əvvəlki işlərini görə bilmək üçün daha çox enerjinin  tələb olunduğunu qeyd edir: “Bununla da baş ağrıları, yuxusuzluq və digər şikayətlər meydana gəlir. Üçüncü mərhələdə işinə qarşı layeqdlik, mənfi münasibət yaranmaqla bərabər, özünü o işdə görmədiyini hiss edir. Sonuncu mərhələdə isə çarəsizlik, nifrət önə çıxır. İnsan nəinki özünü, başqalarını da bəyənməməyə başlayır. Xroniki yorğunluq, baş ağrıları, yuxusuzluq getdikcə artır və o, dincəlməyə, nə isə əyləncəli bir işlə məşğul olmağa çalışsa belə, heç bir faydası olmur”.

Qadınlar kişilərə nisbətən daha çox bu sindromdan əziyyət çəkirlər. Məsələn, kişi işdən evə gələn zaman artıq onun üçün iş, həqiqətən də, bitmiş olur. Yəni ev işləri, uşaqların bəslənməsi, dərsləri ilə məşğul olması və s. işlər həyat yoldaşı tərəfindən görülmüş olur. Qadın isə işdən evə yorğun gəldiyi halda məişət qayğılarının da yükünü çəkmiş olur. Yəni, özünə yetərincə vaxt ayıra bilmədiyi, lazımınca həm mənəvi, həm də fiziki baxımdan dincəlmədiyi üçün, bir növ, tükəndiyini hiss edir. Bu, təkcə iş yox, daima eyni işləri görmək, ailədə hamının bütün istəklərini qüsürsuz şəkildə yerinə yetirməyə çalışan evdar qadınlarda da baş verir.Tükənmə sindromu ailəli qadınlarda 30-35 yaş arası, kişilərdə isə 40-45 yaş arasında daha çox rast gəlinir. Bu böhranın əsas səbəbi, özünüzü 30 yaşında görmək istədiyiniz yerin xəyali ilə 30 yaşında olduğunuz yeri qarşılaşdıranda ortaya çıxan fərqdir.

Aysel Kərimova







17 Sentyabr, 2016  14:01 Baxılıb: 3460 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner