Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilib - BAKIDA

Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 131 illik yubileyi və 18 sentyabr - Milli Musiqi günü münasibəti ilə təntənəli mərasim keçirilib.

Simsar.az APA-ya istinadən bildirir ki, mərasimdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, musiqi ictimaiyyətinin nümayəndələri Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün İncəsənət Muzeyinin həyətindəki güllələnmiş heykəllərini ziyarət ediblər.

Mərasimdə çıxış edən naziri Əbülfəs Qarayev bildirib ki, Milli Musiqi gününün keçirilməsi Azərbaycanda ənənə halını alıb: “Hər il bu günü biz milli musiqimizin bayramı kimi qeyd edirik. Azərbaycan musiqisi, Üzeyir bəyin musiqisi ölkənin sərhədlərini aşır, dünyanın ən böyük konsert salonlarında səslənir. Üzeyir bəyin xatirəsi bizim üçün hər zaman əziz olub və milli musiqimiz, incəsənətimiz var olduqca, böyük Üzeyir Hacıbəylinin xatirəsi də hər zaman yaşayacaq. Üzeyir Hacıbəylinin musiqisi nəinki Azərbaycanda, hətta bütün dünyada səslənir, zəngin Azərbaycan mədəniyyətini təmsil edir”.

Tədbirdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü. Hacıbəylinin əsərlərini səsləndirib.






17 Sentyabr, 2016  12:30 Baxılıb: 2070 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner