Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Səfir Elman Abdullayev Efiopiyanın şahmat üzrə milli komandasını qəbul edib

15 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyində  Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmiş Efiopiya Milli komandası qəbul olunub. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev ölkəmizin hər bir sahədə, o cümlədən idman sahəsində dinamik inkişafından danışıb, Azərbaycanda müasir tələblərə cavab verən idman komplekslərin inşa edildiyini qeyd edib, Azərbaycanın İlk Avropa Oyunları, “Formula-1” Avropa qran-pri və Ümumdünya Şahmat Olimpiadası kimi dünya miqyaslı yarışlara ev sahibliyi etdiyini, 2017-ci ildə isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu bildirib, bu yüksək nəticələrin əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi rolunu vurğulayıb.

Efiopiya Şahmat Federasiyasının prezidenti cənab Tsedeke Yehune Azərbaycan Respublikasını belə mötəbər tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təbrik edərək, Bakıda olan zamanı Efiopiya Milli komandasına göstərilmiş diqqət və qayğıya görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Cənab Tsedeke Azərbaycanın aparıcı idman yarışlarına ev sahibliyini etməklə, ölkəmizin dünyanın aparıcı idman mərkəzinə çevrildiyini qeyd edib. Tədbirdə həmçinin Efiopiya Milli komandasının rəhbəri və üzvləri çıxış edərək, ölkəmizin inkişafı, mədəniyyəti və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndiriblər. Azərbaycan Respublikasının Səfirliyində təşkil olunmuş tədbir ölkənin aparıcı mətbuatının diqqətində olubdur.






16 Sentyabr, 2016  13:52 Baxılıb: 2085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner