Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda 18 məktəb direktoru və 4 direktor müavini işdən çıxarılıb

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunan qanun pozuntusu faktları ilə əlaqədar 18 məktəb direktoru, 4 direktor müavini və 3 müəllim tutduqları vəzifədən azad edilib.

Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən tədris ili ərzində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ümumilikdə 27 direktor və 39 direktor müavini, o cümlədən 63 müəllim intizam məsuliyyətinə cəlb olunub, 34 direktor xəbərdarlıq alıb.

BŞTİ-nin müvafiq əmri ilə 2 fevral – 26 may tarixlərində 16 ümumtəhsil müəssisəsində əhatəli inspeksiya aparılıb. Aparılan inspeksiya nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları ilə əlaqədar 13 məktəb direktoru, 1 direktor müavini tutduqları vəzifədən azad edilib, 1 məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə təqdimat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə göndərilib. Eyni zamanda 2 məktəb direktoru və 27 direktor müavini intizam məsuliyyətinə cəlb edilib. Ümumtəhsil müəssisələrində aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş hüquq pozuntularının aradan qaldırılması istiqamətində idarə tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

1 sentyabr 2015 – 1 sentyabr 2016-cı il tarixləri ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görülüb. Hesabat ilində BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində müxtəlif məqsədlərlə pul yığımlarının aparılması, bayram və tətil ərəfələrində şagirdlərin, həmçinin yuxarı sinif şagirdlərinin davamiyyətinin kəskin zəifləməsi ilə bağlı məsələlərin ciddi nəzarətə götürülməsi və “Təhsil haqqında” qanunun, digər normativ aktların tələblərinin icrasına nəzarətin gücləndirilməsi məqsədilə məktəb rəhbərlərinə mütəmadi olaraq tapşırıqlar verilərək bu barədə müvafiq xəbərdarlıq məktubları göndərilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. Yeni tədris ilində bu istiqamətdə fəaliyyəti davam etdiriləcək.






16 Sentyabr, 2016  14:00 Baxılıb: 1965 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner