Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Yeni Dərs İlinin başlaması münasibəti ilə müəllimlərlə görüşüb

Simsar.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Tovuzda Yeni Dərs İlinin başlaması münasibəti ilə rayonun ibtidai sinif müəllimləri ilə görüşüb və onları bəzi məsələlərə xüsusi diqqət ayırmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Tovuzda Yeni Dərs İlinin başlaması münasibəti ilə rayonun ibtidai sinif müəllimləri ilə görüşüb. Onları Yeni Dərs İlinin başlaması münasibəti ilə təbrik edən millət vəkili bildirib ki təhsilin səviyyəsi və inkişafında ibtidai sinif müəllimlərinin böyük rolu var. Q.Paşayeva ibtidai sinifdə yaxşı təhsil alan şagirdin yuxarı siniflərdə də yaxşı nəticələr göstərdiyini əksinə ibtidai siniflərdə zəif təhsil alan gəncin əksər hallarda yuxarı siniflərdə yaxşı nəticələr göstərə bilmədiyini vurğulayaraq ibtidai sinif müəllimlərini uşaqların daha savadlı yetişməsində səyləri daha da artırmağa çağırıb. Millət vəkili məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif müəllimlərini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb: "Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular.   Məktəb rəhbərliyimizdən, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırırram. Nə qədər məktublar alıram ailələrdən. Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında  bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür və mən inanıram ki, ibtidai sinif müəllimlərimiz də bu məsələyə bundan sonra daha da böyük diqqət göstərəcək. Uşaqlarımızın fiziki və mənəvi  sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik." Millət vəkili Q. Paşayeva Yeni Dərs İlinin başlaması münasibəti ilə bir sıra kənd məktəblərini ziyarət edib, şagirdləri təbrik edib və onlara Azərbaycan tarixi, Qarabağ həqiqətləri, Azərbaycan və dünya ədəbiyyatı ilə bağlı maraqlı kitablar hədiyyə edib.

 






16 Sentyabr, 2016  11:21 Baxılıb: 1755 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner