Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

İlhamə Quliyevanın mirası bacılarına qaldı - MƏHKƏMƏ QƏRARI

Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub. Simsar.az bildirir ki, Lent.az-a açıqlama verən İ. Quliyevanın dayısı oğlu Eldar İsmayılov deyib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb: “Bu açıqlamaya və qərara görə heç kim məndən inciməsin. Mən göydə Allaha, yerdə dövlətin qanunlarına inanıram. İlhamə xanımın mirası ilə bağlı dünən məhkəmə oldu. Mən orada iştirak edə bilmədim. Amma İlhamə xanımın bacısı İradə xanımın oğlu Nicat həmin məhkəmədə oldu. İradə xanım özü müəyyən səbəblərə görə həmin məhkəmədə iştirak edə bilmədi. Gərək Orxan (İlhamə Quliyevanın oğlu) belə etməyərdi, efirdə deyirdi ki, “evin açarları məndədir”. Amma o evin qapılarını mən açdırmışdım. İndi Orxan başını itirib. Bu qərara görə, əlindən pulu çıxdı. Bir sözlə, məhkəmə qərarına əsasən, İlhamənin qanuni varisləri bacılarıdır.

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra oğulluğu Orxan Nadirov mətbuata açıqlama verərək bildirmişdi ki, xalq artistinin tək varisi özüdür. Ona cavab olaraq isə İ.Quliyevanın bacısı Gülbahar Quliyeva mətbuata müsahibə verərək bildirmişdi ki, onlar bacılarının mirasında maraqlıdırlar.






12 İyul, 2016  19:05 Baxılıb: 1682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner