Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Bu belə davam etməyəcək”

Millət vəkili Türkiyədə Dağlıq Qarabağla bağlı konfrans keçirib Türkiyədə, Kahramanmaraşda keçirilən II Beynəlxalq Kitab Fuarında bələdiyyə başqanının dəvəti ilə iştirak edən millət vəkili Qənirə Paşayeva Türkiyənin böyük bölgələrindən biri olan Kahramanmaraşda Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı konfrans verib. Simsar.az xəbər verir ki, ziyalıların, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili Qənirə Paşayeva geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb. O, Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir  və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda  olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib:

 

“Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl  Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib. Q.Paşayeva   Qarabağın qədim  tarixi, buranın əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olması barədə, mədəniyyətimizə  əvəzsiz  töhfələr verən dahi şəxsiyyətlər orada yetişməsi haqqında geniş danışıb. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki,  Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik.

AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.






27 Noyabr, 2015  11:18 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner