Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Millət vəkili Türk Dünyasına səsləndi - Kahramanmaraşda

Kahramanmaraşda  keçirilən 2-ci Beynəlxalq Kitab Fuarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva  tədbrin açılışındakı çıxışında Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O, Kahramanmaraşın mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı və vali tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. Beynəlxalq Kitab Fuarının açılışına Azərbaycanı Fəxri Qonaq kimi dəvət etdikləri üçün Kahramanmaraş  bələdiyyəsinə təşəkkürünürü bildirən millət vəkili Qənirə Paşayeva açılış mərasimindəki çıxışını “inşallah yaxın zamanlarda belə Beynəlxalq Kitab Fuarlarını birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib. Millət vəkili Qənirə Paşayevanın çıxışından sonra çıxış edən bütün iştirakçılar bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncəylə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq zaman birlik və bərabərlik zamanıdır deyiblər. Beynəlxalq Kitab Fuarının açılış lentinin kəsilməsindən sonra qonaqlar sərgi ilə geniş tanış olublar. Millət vəkili Qənirə Paşayeva açılış iştirrakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı:tanıkların dilinden” ve “Karabağ hikayeleri” kitablarını hədiyyə edib.

 






25 Noyabr, 2015  14:19 Baxılıb: 1138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner