Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Autizmli uşaqlar və ailələri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Autizmli uşaqlar və ailələri ilə görüşüb, qayğılarını dinləyib. Millət vəkili Qənirə Paşayeva Uşaq Hüqüqlarının Müdafiəsi günü ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən təşkil olunan görüşdə autizm sindromlu övladı olan bir çox ailələrlə geniş müzakirələr aparıb. Onların qarşılaşdıqları problemləri diqqətlə dinləyən millət vəkili autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası yönümündə artıq ölkəmizdə bu sahədə geniş müzakirələrin aparıldığını qeyd etdi. Millət vəkili autizm sindomundan əziyyət çəkən uşaqlarla ünsiyyətdə olub və onlara hədiyyələr təqdim edib.

Milət vəkili Q. Paşayeva tədbirdə çıxış edərək bu problemlə bağlı qanunvericilik sahəsində qısa bir zamanda addımlar atılması ilə yanaşı autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. O, bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəsislər tərəfindən lazımi dəstəyi alarsa onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik. O, Autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi, peşəkar kadrların hazırlanması məsələsinə də böyük önəm verməliyik deyib. Q.Paşayeva maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib. Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir deyən millət vəkili Q. Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər il daha da artması, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb. Autizm barədə cəmiyyət mütləq geniş şəkildə maarifləndirilməlidir deyən millət vəkili Qənirə Paşayeva görüşdə iştirak edən hər bir ailə və autizmlə uşaqla ayrıca da söhbət edərək qayğılarını dinləyib.






23 Noyabr, 2015  13:55 Baxılıb: 1087 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner