Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ordu generalı Salih Zəki Azərbaycanda

Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Salih Zəki Çolakın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək. Bu səfərlər erməni tərəfini daim qorxu içində saxlayır”. Simsar.az xəbər verir ki, bunu “AzeriDefence”yə açıqlamasında hərbi ekspert, keçmiş korpus komandiri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Y. Aydəmirovun sözlərinə görə, strateji səviyyədə olan bu münasibətlər getdikcə genişləndirilir. Hərbçilərin birgə iş planlarını müzakirə etməsi, fəaliyyətlərin uzlaşdırılması, müxtəlif qoşun növlərinin iştirakı ilə həm Azərbaycanda, həm də Türkiyədə keçirilən hərbi təlimlər ölkələrin təhlükəsizliyə nə dərəcədə önəm verməsinin göstəricisidir.

“Fikir verin, biri-birindən yüksək çinli türk general və admiralları artıq tək Bakıya deyil Gəncə, Şəmkir şəhərlərinə, hətta döyüş bölgəsində yerləşən hərbi hissələrə səfərlər edir, yerlərdə ordumuzun vəziyyəti ilə tanış olur, onun hazırlığına yüksək qiymət verir. Bu bizə əməli dəstək verməklə yanaşı, düşmən tərəfini də təşvişə, qorxuya salır. Ermənistan hərbi rəhbərliyi boş xülyalarla yaşamamalı və əbəs yerə gəclərini qırğına göndərməməlidir. Onlar regiondakı qüvvələr nisbətini dərk etməli, işğal etdikləri Azərbaycan ərazilərini tezliklə, qeyd-şərtsiz azad etməlidirlər. Qarşı tərəf anlamalıdır ki, bu dəfə Azərbaycan əsgərinin işğalçılara vuracağı zərbə Ermənistanın hərbi infrastrukturunun, potensilının tam çökməsinə gətirəcək. Çünki Azərbaycanın özünün istehsal etdiyi və başqa ölkələrdən əldə edərək silahlanmaya daxil etdiyi silahlar, şəxsi heyətin döyüş hazırlığı buna tam zəmin yaradır. Bu artıq danılmaz faktdır. Və qarşı tərəf də bununla razılaşmalıdır”.






17 Noyabr, 2015  10:54 Baxılıb: 1114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner