Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"MilliÖn": Ödəniş terminalları artıq işləyir

Ötən gün saat 17:00 radələrində Azərbaycan ərazisində internetin kəsilməsilə əlaqədar ödəniş terminallarının fəaliyyəti müvəqqəti dayandırılıb. Simsar.az bildirir ki, bu barədə "Report"a "MilliÖn” terminalları şəbəkəsinin operatoru - "Komtec" MMC-nin Kommersiya Departamentinin korporativ ünsiyyət vasitələri və ictimaiyyətlə əlaqələr üzrə qrup rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib: "Tez bir zamanda problem öz həllini tapıb, şəbəkə işlək vəziyyətə qaytarılıb. Hazırda bütün "MilliÖn" terminalları işləyir".

"Texniki işlər görülüb və problem artıq həll olunub. İnternetin az bir müddətdə olmaması ilə sadəcə ödənişlər müvəqqəti aparılmayıb. Lakin ciddi bir maddi ziyan dəyməyib", - deyə şirkət rəsmisi qeyd edib.

Ü.Əfəndiyevanın sözlərinə görə, həmin vaxtda internetin kəsilməsilə bəzi müştərilərin ödənişlərində problem yaranıbsa, 24/7 Müştəri Xidmətlərinə müraciət daxil olur və qısa zaman çərçivəsində həmin problemlər həllini tapır.

Qeyd edək ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verməsi ilə əlaqədar olaraq dünən Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Bununla əlaqədar bankların bir çox əməliyyatlarında da məhdudiyyətlər olub. Bu özünü onlayn ödənişlərdə, terminallarda da göstərib.






17 Noyabr, 2015  10:25 Baxılıb: 1106 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner