Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Arif Yunus azadlığa buraxıldı

Bakı Apelyasiya Məhkəməsi konfliktoloq Arif Yunus barəsində həbs qətimkan tədbirinin aradan qaldırılması barədə qərar çıxarıb. Səbəb Arif Yunusun səhhətinin ağırlığı və həbs şəraitində müalicəsinin mümkün olmamasıdır.Arif Yunusun vəziyyəti oktyabrın 30-da yenidən ağırlaşmış və o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi. Müalicə müəssisəsindən Apelyasiya Məhkəməsinə Arif Yunusun müalicəsinin bu şəraitdə mümkün olmadığına dair müraciət daxil olub.Modern.az saytı xəbər verir ki, Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə eyəti daxil olmuş müraciəti nəzərə alaraq Arif Yunus barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib. O, bu gün məhkəmə zalından ev dustaqlığına buraxılıb. Xatırladaq ki, Arif Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilib. Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi bu ilin 13 avqustunda Arif Yunusu 7 il azadlıqdan məhrum etmişdi.

Arif Yunusun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da hazırda həbsdədidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. O da həyat yoldaşı kimi qanunsuz sahibkarlıq, vergilərdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunub.

Hər iki şəxs barəsində dövlətə xəyanət maddəsi üzrə açılan cinayət işi ayrıca icraata verilib.






12 Noyabr, 2015  14:48 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner